...

AZƏRBAYCAN LİBERAL PARTİYASININ NAMİZƏDLƏRİ HƏDƏLƏNİR

Siyasət Materials 5 Oktyabr 2005 17:18 (UTC +04:00)

"Azərbaycan Liberal Partiyasının (ALP) deputatlığa namizədlərinə qarşı təzyiqlər başlanıb". Bu barədə Trend ə ALP mərkəzi seçki qərargahının rəhbəri Elman Məmmədzadənin imzası ilə məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, ALP-nin namizədlərinə namizədliklərinin geri götürülməsi, seçkiqabağı təşviqatda iştirak etməməsi barədə hədə-qorxular edilir: "39 saylı Kəpəz birinci seçki dairəsindən namizəd Bəhramgur Mustafayevə anonim zənglər olunur, 38 saylı Nizami ikinci seçki dairəsindən namizəd olan Kəmalə İsgəndərovanın seçicilərlə görüşü polislər tərəfindən dağıdılıb, 70 saylı Masallı seçki dairəsindən namizəd olan Zakir Abbasov ölümlə hədələnir...".

Bütün bunlarla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) və digər müvafiq orqanlara müraciət olunduğu bildirilib. Qeyd edilib ki, ALP-nin namizədlərinə edilən təzyiqlər Seçki Məcəlləsinin 2-ci maddəsinə ziddir: "Lazımi tədbirlər görülməzsə daha yüksək instansiyalara müraciət olunacaq".

Mərkəzi Seçki Komissyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, bu barədə onlara müracəit edilsə də təmsil etdiyi orqan yalnız seçki ilə bağlı yaranan problemlərə aydınlıq gətirmək səlahiyyətindədir: "MSK hüquq-mühafizə orqanı deyil. ALP namizədlərinə hansısa ünvanlardan hədə-qorxu gəlinirsə qanunlar çərçivəsində müvafiq orqanlara müraciət edə bilər. ALP-nin üzləşdiyi bu məsələlərə görə MSK heç bir məsuliyyət daşımır".

Xəbər lenti

Xəbər lenti