...

ASİM MOLLAZADƏ TERRİ DEVİSLƏ AZƏRBAYCANDAKI DURUMU MÜZAKİRƏ EDİB

Siyasət Materials 5 Oktyabr 2005 18:47 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə oktyabrın 5-də Avropa Şurasının baş katibi Terri Devislə görüşüb.

Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib. Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi durum, seçkiqabağı vəziyyət, demokratikləşmə ilə bağlı problemlər müzakirə olunub.

Asim Mollazadə Terri Devisin diqqətinə çatdırıb ki, Azərbaycanda sabitliyə və inkişafa nail olunması üçün qarşıdan gələn parlament seçkilərinin demokratik keçirilməsi çox önəmlidir.

Yalnız demokratik seçki Azərbaycanda demokratik islahatlara təkan verə bilər. Terri Devis isə bildirib ki, Avropa Şurası Azərbaycanda seçkilər prosesini diqqətlə izləyəcək.

Onun sözlərinə görə, Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərin gələcək taleyi bu seçkidən əhəmiyyətli dərəcədə asılı olacaq.

Xəbər lenti

Xəbər lenti