...

ƏLİ ƏHMƏDOV ATƏT-İN NÜMAYƏNDƏSİNƏ VƏ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ SƏDRİNƏ MƏKTUB ÜNVANLAYIB

Siyasət Materials 5 Oktyabr 2005 19:20 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda seçkiləri müşahidə missiyasının rəhbəri səfir Girt Arensə və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktub ünvanlayıb" Trend xəbər verir ki, məktubda seçki təbliğatı kampaniyası dövründə bəzi namizədlər tərəfindən ölkə Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin, o cümlədən Seçki Məcəlləsinin bir sıra tələblərinin pozulması göstərilib.

Məktubda qeyd olunub ki, 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Musavat Partiyasının başqanı İsa Qəmbərin 01 oktyabr 2005-ci il tarixdə İctimai televiziyada pulsuz efir vaxtında çıxışı zamanı və 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Musavat Partiyası sədrinin müavini Rauf Abbasovun 29 sentyabr 2005-ci il tarixdə Az.TV-də çıxışı zamanı əsassız, açıq böhtan xarakterli ittihamlar irəli sürülüb, düşmənçiliyə və sosial ədavətə çağırışlar edilib.

Məktubda "Azadlıq" blokundan olan bu namizədlərin ölkə konstitusiyasının 47.3-cü və Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud surətdə pozulması halının nəzərə alınması və buna münasibət bildirilməsi xahiş edilib.

Xəbər lenti

Xəbər lenti