...

CO LENSKİ: "EXİT-POL"UN YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLƏCƏYİNƏ ƏMİNİK"

Siyasət Materials 5 Oktyabr 2005 19:32 (UTC +04:00)

"Azərbaycanda "exit-pol"un yüksək səviyyədə keçiriləcəyinə əminik" Bu barədə Trend ə Azərbaycanda "exit-pol"u keçirəcək təşkilatlaran biri olan "Edison Media Researsh"-ın (EMR) vitse-prezidenti Co Lenski bildirib.

"Exit-pol"un əsas məqsədi vətəndaşların seçkilərdən sonra sərbəst şəkildə öz fikirlərini ifadə etməsi olduğunu deyən J.Lenski qeyd edib ki, nəticələrdə az da olsa fərqli cəhətlər ola bilər: "Ancaq bu nəticələrin hamısını şübhə altına ala bilməz. Çünki "exit-pol"u Azərbaycanda yalnız bizim təşkilat keçirməyəcək. Bizimlə yanaşı yerli təşkilatlar da bu prosesdə iştirak edəcəklər".

Azərbaycanda fəaliyyət göstərən yerli təşkilatların peşəkarlığına inandığını deyən EMR-in vitse-prezidenti onlarla əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb: "Bu prosesdə bizmlə iştrak edəcək yerli təşkilatlara Azərbaycanda Vətəndaş Cəmiyyəti İnkişafına Yardım Asossiyasiyası (AVCİYA), "Qafqaz" şirkəti və "SİAR"-dır".

Qeyd edə ki, "Edison Media Researsh" (EMR) 2004-cü ildə ABŞ-da keçirilən prezident seçkilərində, Meksika, tayvan və Rusiyada keçirilən referendum və seçkilərdə "exit-pol"u tətbiq edib. EMR ABŞ-ın Enterkom, İnfinitu, Radio One və ABS Radio şirkətlərinin də daxil olan böyük radio şirkətlərlə işləyir. EMR Azərbaycanda "exit-pol"u Müqayisəli Sosial Tədqiqatlar İnstitutu ilə birgə keçirəcək.

Xəbər lenti

Xəbər lenti