...

TERRİ DEVİS AZƏRBAYCAN RƏHBƏRLİYİNƏ SEÇKİLƏRLƏ BAĞLI 2 TƏKLİF GÖNDƏRİR

Siyasət Materials 5 Oktyabr 2005 20:07 (UTC +04:00)
TERRİ DEVİS AZƏRBAYCAN RƏHBƏRLİYİNƏ SEÇKİLƏRLƏ BAĞLI 2 TƏKLİF GÖNDƏRİR

Mən bu gün təkcə ümid etmirəm, həm də inanıram ki, Azərbaycanda azad və şəffaf parlament seçkiləri keçiriləcək. Trend in Strasburqda olan xüsusi müxbiri bildirir ki, oktyabrın 5-də keçirilən mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis bu barədə bəyan edib.

"Azərbaycanda demokratik seçkilərin keçirilməsi mümkündür və mən çox ümid edirəm ki, seçkilər azad olacaq.Mən Azərbaycandakı seçkiqabağı vəziyyətdən razıyam"-deyə o bildirib.

T.Devis bildirib ki, Azərbaycan rəhbərliyinə 2 təklif göndərəcək.Birinci - seçicilərin siyahısında təkcə vətəndaşların adı və soyadı deyil, həm də onların ünvanı göstərilsin. T.Devisin fikrincə, beləliklə, seçicilərin ünvanla müəyyən edilməsi və saxtalaşdırılmaya yol verilməməsi mümkün olacaq.Eyni zamanda, eyni ad və soyada malik vətəndaşlarla bağlı qarışıqlığa yol verilməyəcək.T.Devis əlavə edib ki, şəffaf seçkilərin keçirilməsi üçün ad və ünvanlar vacibdir.

İkinci təklif isə, Türkiyədə olduğu kimi mürəkkəbdən istifadə olunmasıdır.T.Devis deyib ki, genetik nöqteyi-nəzərdən heç kim başqasını saxtalaşdıra bilməz.O, ümid etdiyini bildirib ki, onun "azərbaycanlı dostları bu məsləhətlərdən bəhrələnəcək".

Xəbər lenti

Xəbər lenti