...

AZƏRBAYCAN PREZİDENTİ TÜRKİYƏLİ HƏMKARINI TƏBRİK EDİB

Siyasət Materials 5 Oktyabr 2005 20:30 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyə prezidenti Əhməd Necdet Sezerə zəng vurub. Trend bildirir ki, bu barədə Azərbaycan prezidenti mətbuat xidmətinin məlumatında deyilir.

Söhbət zamanı İ.Əliyev türkiyəli həmkarını ölkənin Avropa Birliyinə tam hüquqlu üzvlüyünə dair danışıqların başlaması münasibətilə təbrik edib.O, bunu Türkiyənin Avropa ailəsində layiqli yerinin daha da möhkəmləndirilməsi kimi qiymətləndirib və beynəlxalq nüfuzunun gücləndirilməsi nöqteyi-nəzərindən mühüm hadisə adlandırıb.

Dövlət başçıları bütün sahələrdə ikitərəfli əməkdaşlığın sürətli inkişafı, dünya miqyaslı energetika layihələrinin uğurla gerçəkləşdirilməsi barədə danışıb və əlaqələrin gələcəkdə də daim genişləndiriləcəyi və möhkəmləndiriləcəyi ilə bağlı əminlik ifadə edib.

Danışıq zamanı ikitərəfli, eləcə də regional xarakterli münasibətlərlə bağlı məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti