...

ATƏT-İN PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASI KEÇİRİLƏCƏK

Siyasət Materials 6 Oktyabr 2005 11:41 (UTC +04:00)

"Oktyabrın 7-dən 9-dək Serbiya və Çernoqoriyanın Sveti-Stefan şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) payız sessiyası keçiriləcək". Trend xəbər verir ki, toplantıda Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərovun başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti də iştirak edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan millət vəkili Səyyad Salahlı bildirib ki, əsas məqsəd Dağlıq Qarabağ məsələsini ATƏT-in PA-nın payız sessiyasının gündəliyinə salmaq olacaq: "Qurumun Vaşinqtonda keçirilən 14-cü yay sessiyasında buna cəhd göstərdik. Lakin Qoran Lenmarkerin bilərəkdən sessiyanın başlanmasına bir gün qalmış gəlməməsi və sessiya vaxtı iclasa 20 dəqiqə gecikməsi bizim planımızı pozdu. Məsələ ilə bağlı ona ünvanlanan məktubun müzakirəsinin hələ tez olduğunu bəhanə edərək sənədin gündəliyə salınmasına etiraz etdi".

ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin tərkibinə millət vəkillərindən Eldar İbrahimov, Rəbiyyət Aslanova və Fəttah Heydərov da daxildirlər.

Xəbər lenti

Xəbər lenti