...

XƏZƏRYANI ÖLKƏLƏRİN XƏZƏRİN SATUSU ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI BAŞLAYIB

Siyasət Materials 6 Oktyabr 2005 12:40 (UTC +04:00)
XƏZƏRYANI ÖLKƏLƏRİN XƏZƏRİN SATUSU ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI BAŞLAYIB

Oktyabrın 6-da Bakıda Xəzəryanı ölkələrin Xəzərin huquqi statusu idə bağlı Konvensiyanın işlənib hazırlanması üzrə işçi qrupun 18-ci iclası öz işinə başlayıb. Trend in məlumatına görə, xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasda bütün Xəzəryanı dövlət - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran iştirak edir.

Azərbaycanın xarici X.Xələfov iclası açarkən dünyada baş verən hadisələrin fonunda Xəzərin hüquqi statusunun əhəmiyyətinin artdığını bildirib. O Azərbaycan tərəfinin Konvensiyanın tezliklə işlənib hazırlanması və qəbul edilməsində maraqlı olduğunu ifadə edib. "Hesab edirəm ki, bu problemin bütün aspektləri konstruktiv dialoq yolu ilə öz həllini tapa biləra",- deyə diplomat qeyd edib. X.Xələfovun sözlərinə görə, bu mərhələdə tərəflər artıq ticarət gəmiçiliyi, ekologiya məsələlərdə prinsipial razılıq əldə ediblər və indi daha mürəkkəb məsələlərin həll olunmasının vaxtı çatıb. Biz bu istiqamətdə bütün səylərimizi sərf edirik.

Xələf Xələfov bildirib ki, Azərbaycan Xəzərini dibinin bölünməsi üzrə Rusiya və Qazaxıstanla 3 tərəfli razılaşmanın prinsiplərinə sadiqdir və eləcə də İranın və Tüokmənistanın dənizin sektorlara görə bölünməsi barədə mövqeyinə də hörmətlə yanaşır. Regional energetika layüihələrinə toxunan X.Xələfov bildirib ki, müxtəlif enerji layihələri ümumi inkişafa və regionun təhlükəsizliyinin təminatına yönəlib..

Daha sonra iclas qapalı şəraitdə keçib. İki gün davam edəcək iclasın yekunlarına görə mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti