...

MİLLİ DEMOKRATİK QÜVVƏLƏR BİRLİYİ HEÇ BİR BLOKLA ƏMƏKDAŞLIQ ETMƏYƏCƏK

Siyasət Materials 6 Oktyabr 2005 15:55 (UTC +04:00)

"Milli Demokratik Qüvvələr Birliyi (MDQB) heç bir siyasi blokla əməkdaşlıq etməyəcək". Bu barədə Trend agentliyinə MDQB-nin təsisçilərindən olan Təkamül Partiyasının sədri Teyyub Qəni bildirib.

Bunun səbəbini açıqlayan T.Qəni bildirib ki, təmsil etdiyi qurum radikalizmi rədd edir: "Hansı blokla əməkdaşlıq edəsən? Adını "Yeni Siyasət" qoysa da blokun tərkibini köhnə siyasətçilər təşkil edir. Yaqub Məmmədov, Etibar Məmmədov, Eldar Namazov, Ayaz Mütəllibov nə vaxtdan yeni siyasətçi olublar" ?!

Təkamül Partiyasının sədri Azərbaycançı Qüvvələr seçki blokunun da ünvanına ittihamlar səsləndirib: "Bu blokda özləri bir-birləri ilə yola getmirlər. Fəaliyyətləri azərbaycançılıq ideologiyası üzərində qurulsa da əməllərində millətçilik az hiss olunur. Blokda qüvvələr parçalanıb - Rusiyapərəst, İranpərəst. Blokun təsisçilərindən olan Vəhdət Partiyasının sədri Tahir Kərimli pulsuz efir vatından istifadə edib çıxışında regionları bir-birinin üstünə qaldırır".

YES-in təsisçilərindən olan Azərbaycanlı Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev və AQ seçki blokunun təsisçilərindən olan Azərbaycan İslam Partiyasının sədri Hacı Hacıağa Nuri T.Qəninin adıçəkilən blokların ünvanına söylədiyi ittihamlar yersiz və böhtan adlandırıblar.

Xəbər lenti

Xəbər lenti