...

AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QARŞISINDA PİKET KEÇİRƏCƏK

Siyasət Materials 6 Oktyabr 2005 16:18 (UTC +04:00)

"Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) oktyabrın 13-də saat 13.00-dan 15.00-dək Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında piket keçirəcək". Bu barədə Trend agentliyinə 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi qedyə alınan ALDP sədri Fuad Əliyev bildirib.

Partiya sədri qeyd edib ki, bu barədə qərar oktyabrın 6-da seçki qərargahının iclasında qəbul olunub. Qərarın qəbul olunmasının səbəbini F.Əliyev belə izah edib: "Nizami rayonunun icra başçısı və onun tabeçiliyində olan məmurlar seçki təbliğatına müdaxilə edirlər. İcra başçısı bacısının əri Ağəli Əhmədovun təbliğat-təşviqat kampaniyasının keçirilməsinə yardım göstərir. Buna görə biz qərara aldıq ki, məlum tarixdə MSK qarşısında etiraz piketi keçirək. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib".

Partiya sədri onu da əlavə edib ki, MSK-ya yeni bir müracəit də ünvanlayıb. Bu da 25 saylı Nizami ikinci seçki dairəsindən olan digər namizəd Hüseyn Abdullayevin nümayəndələrinin ALDP-nin orqanı olan "Liberal Demokrat" qəzetinin yayım-agentinə hədə-qorxu gəlməsi ilə bağlıdır: "Qəzetin əməkdaşı Hizami rayonu Naxçıvanski küçəsi 71 ünvanda Hüseyn Abdullayevin nümayəndələrinin təzyiqi ilə üzləşib. Onlar qəzetin yayımının qarşısını almağa cəhd göstəriblər", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti