...

"AZADLIQ" BLOKUNUN LİDERLƏRİ GƏDƏBƏY VƏ ŞƏMKİRDƏ SEÇİCİLƏRLƏ GÖRÜŞÜBLƏR

Siyasət Materials 6 Oktyabr 2005 16:25 (UTC +04:00)

"Azadlıq" blokunun liderləri oktyabrın 6-da Gədəbəydə və Şəmkirdə seçicilərlə görüşləri keçirilib. Trend in məlumatına görə, əvvəlcə görüş saat 12.00-da Gədəbəydə İcra Hakimiyyəti tərəfindən ayrılan meydanda keçirilib. "Azadlıq" blokunun seçki qərargahının rəhbəri Fəhmin Hacıyevin bildirdiyinə görə, polislər səhər saatlarında əhalinin həmin meydana toplaşmasına mane olublar, sürücülərə əhalini həmin yerə aparmaması tapşırılıb. Buna baxmayaraq, Müsavat Partiyasının başqanı İsa Qəmbərin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimlinin, blokun Gədəbəydən olan vahid namizədi Nizami Quliyevin yerli sakinlərlə görüşü baş tutub.

Bundan sonra blok rəhbərləri Şəmkirə yola düşüblər, saat 14.00-da onlar üçün ayrılmış meydanda seçicilərlə görüşü olub. Aksiyada narıncı rəngli bayraqlar, seçki ilə bağlı müxtəlif şüarlar yazılmış plakatlar qaldırılıb. Fəhmin Hacıyevin verdiyi məlumata görə, bundan əvvəl görüşlər keçirilən Qazax, Tovuz, Gəbədəy rayonlarından fərqli olaraq Şəmkirdə polisin və yerli icra hakimiyyətin mitinqə müdaxiləsi olmayıb və tədbir daha çox adamın iştirakı ilə rahat şəraitdə keçib.

Hər iki rayonda keçirilən tədbirdə İsa Qəmbər və Əli Kərimli "Azadlıq" blokunun seçki platforması barədə məlumat verib, bu blokun namizədlərinin deputat seçiləcəkləri təqdirdə iqtisadi, sosial sahədə problemləri aradan qaldıracaqlarına, islahatlar aparacaqlarına, pensiyaların, əmək haqların artırılmasına çalışacaqlarına vəd veriblər. Blok liderlərinin sözlərinə görə, ornların iqtisadi, sosial sahələrə dair vədlərinin arxasında konkret proqramlar, elmi-nəzəri əsaslandırılmış konsepsiyalar adayanır. Blok liderləri həmçinin Azərbaycanın ərazhi bütövlüyünün indiyəədk bərpa olunmaması, yoxsulluq, korrupsiya və digər problemlərin həllini tapmamasının səbəblərini izah edib, bundan çıxış yollarına dair öz fikirlərini bildiriblər.

Blok rəhbərləri Gədəbəy və Şəmkirdə seçicilərin onlarla görüşə gəlməsinə müxtəlif maneələr törədildiyini söyləsə də, hər iki mitinq insidentsiz başa çatıb.

Xəbər lenti

Xəbər lenti