...

BAŞ DÖVLƏT YANĞIN TƏHLÜKƏSİZLİYİ İDARƏSİNİN ELMİ TƏCRÜBİ MƏRKƏZİNİN AÇILIŞI OLACAQ

Siyasət Materials 6 Oktyabr 2005 17:02 (UTC +04:00)

Oktyabrın 8-də Quba şəhərində Yanğın Təhükəsizliyi İdarəsinin yeni tikilmiş binasının açılışı olacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin mətbuat xidmətinin rəisi Ağaəli İsmayılov məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini Oruc Zalov, Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi Murad Hüseynov və digər yüksək rütbəli şəxslər iştirak edəcək.

Oktyabrın 10-da isə Bakı şəhərində Baş Dövlət Yangından Mühafizə İdarəsinin yeni texniki mərkəzinin açılışı olacaq. Ağaəli İsmayılov bildirib ki, qurum "Elmi Təcrübi Mərkəz" adlanır. A.İsmayılov: "Elmi Təcrübi Mərkəz" Yasamal rayonu ərazisində, Respublika Klinik Xəstəxanası ilə üzbəüz yerləşir. Mərkəz yanğın təhlükəsizlik sistemində çalışanların təcrübəsinin artırılmasına xidmət göstərəcək".

Mərkəzin açılışında Azərbaycan Respeublikasının daxili işlər naziri Ramil Usubov və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi Murad Hüseynov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti