...

TÜRKİYƏ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNƏ MÜNASİBƏTDƏ "AVROPA ŞURASININ QONŞULUQ SİYASƏTİ" PROQRAMINI DƏSTƏKLƏYƏCƏK

Siyasət Materials 6 Oktyabr 2005 19:39 (UTC +04:00)

Türkiyə Cənubi Qafqaz ölkələrinə münasibətdə "Avropa Şurasının qonşuluq siyasəti" proqramını dəstəkləyəcək. Bu barədə eksklüziv olaraq Trend in Strasburqdakı müxbirinə Türkiyənin AŞPA-da parlament nümayəndə heyətinin üzvü, qaçqınlar və köçkünlər komissiyasının rəhbəri Mevlit Çavuşoğlu bəyan edib.

O, qeyd edib ki, həmin proqram regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasına müsbət təsir edəcək.

Həmin istiqamətdə "Cənubi Qafqazda sülhün bərqərar edilməsi məqsədilə Türkiyə ondan asılı olan hər bir şeyi edir"-deyə parlamentari qeyd edib və bildirib ki, məqsədə yalnız Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsindən, həmçinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasından sonra nail oluna bilər.

Eyni zamanda parlamentari mesheti türklərinin Gürcüstana vətənlərinə qayıtması zərurətini qeyd edib.Onun sözlərinə görə, Ankara Avropa Şurasında Gürcüstanda mesheti türklərinin vəziyyətinə dair məsələyə baxılmasında israrlıdır.

"Biz Avropa prinsiplərinin bərqərar olunmasına və həmin regionda demokratiyanın inkişafına yönəldilmiş səyləri dəstəkləyirik"-deyə parlamentari qeyd edib və bildirib ki, qonşuluq siyasəti proqramı da üç ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək.

Üç Cənubi Qafqaz respublikasına münasibətdə AŞ-nin həmin proqramının müvəqqəti dayandırılması imkanı barədə bəyanatı şərh edərkən türkiyəli parlamentari qeyd edib ki, hər-hansı bir dövləti Avropa inteqrasiya prinsiplərindən kənarlaşdırmaq düzgün mövqe deyil. "Mövcud problemləri aşkar etmək və onların həllində kömək etmək daha düzgündür.Dövlətləri kənarlaşdırmaq yox, yaxınlaşdırmaq lazımdır" -deyə o, xatırladıb ki, öncə AŞPA Belorusiya ilə münasibətləri dondurmuşdu, amma bu heç nəyə gətirib çıxarmadı və həmin dövlətdə vəziyyət daha da pisləşdi.

Sonda türkiyəli parlamentari yunan Kiprinin Azərbaycanın AŞ ilə yaxınlaşmasına qarşı çıxması məsələsinə toxunub. "Bunlar tamamilə müxtəlif məsələlərdir və mən düşünmürəm ki, yunan Kipri həmin məsələdə nə isə edə bilsin" -deyə parlamentari qeyd edib.

Xəbər lenti

Xəbər lenti