...

MƏHKƏMƏDƏ BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN RƏİS MÜAVİNİNƏ QARŞI İDDİAYA BAXILACAQ

Siyasət Materials 7 Oktyabr 2005 14:18 (UTC +04:00)

Oktyabrın 12-də Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində müxalifət funksionerlərinin Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyevə qarşı iddia ərizəsinə baxılacaq. Bu barədə Nəsimi rayon Məhkəməsindən Trend ə verilən məlumatda göstərilir ki, bu iş üzrə məhkəmə baxışı adıçəkilən məhkəmənin sədri Ələddin Cəfərovun öz icraatındadır.

Müxalifət funksionerləri Arif Hacılı, Rauf Arifoğlu və Qabil Hüseynli həmin məhkəməyə ərizə verərək BŞBPİ-nin rəis müavini Yaşar Əliyevin 1 oktyabr mitinqi ilə bağlı onlara böhtan atdığını iddia edib. İddiada göstərilir ki, rəis müavini aksiya zamanı həmin müxalifət funksionerlərinin əlində qəzetə bükülmüş armatur olmasını deməklə onlara şər atıb. Bununla bağlı məhkəmədən rəis müavininə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət işinin başlanması tələb olunur.

Xəbər lenti

Xəbər lenti