...

ZƏLİMXAN YAQUB: "İQTİDAR HƏMİŞƏ DİALOQA HAZIR OLUB"

Siyasət Materials 7 Oktyabr 2005 15:29 (UTC +04:00)

"İqtidar həmişə dialoqa hazır olub, ancaq müxalifət müxtəlif yollarla bundan yayınmaqdan ötrü çığallıq edir". Trend xəbər verir ki, bu barədə millət vəkili Zəlimxan Yaqub iqtidarla müxalifətin dialoq məsələsinə münasibət bildirərəkən qeyd edib.

Z.Yaqub onu da vurğulayıb ki, bu gün Azərbaycanın iqtisadi yüksəlişi, sabitliyi göz bəbəyi kimi qorunmalıdır. İqtidar da, müxalifət də seçkilərin şəffaf və demokratik keçirilməsi üçün kompromisə getməlidir: "Müxalifət elə bilir ki, bu seçkilərlə hər şey bitəcək. Ona görə də fəallaşıb, bir qədər də şıltaqlıq edir. Elə deyil, Azərbaycan bundan sonra neçə-neçə seçki keçirəcək, dünyanın axırı deyil...".

Millət vəkili üzləşdiyimiz və bundan sonra üzləşə biləcəyimiz problemlərin həllinin birgə və sülh yolu ilə çözülməsinin tərəfdarı olduğunu qeyd edib: "Daha müxalifət kimi küçə yürüşləri, zor göstərmək, qan tökməklə heç bir problem həll olunmur. Problemi ağılla, təfəkkürlə həll etmək olur".

Xəbər lenti

Xəbər lenti