...

LEONİD ARKAYEV: "MƏN AZƏRBAYCAN YIĞMASI İLƏ MƏŞQ ETMƏYƏ RAZILAŞDIM"

Siyasət Materials 7 Oktyabr 2005 15:53 (UTC +04:00)
LEONİD ARKAYEV: "MƏN AZƏRBAYCAN YIĞMASI İLƏ MƏŞQ ETMƏYƏ RAZILAŞDIM"

Trend bədii gimnastika üzrə məşhur rusiyalı məşqçi ilə müsahibəsi

Bu günlərdə Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı görünməmiş maraq doğurub. Bəzi nümyaəndə heyətlərində (məsələn, Rusiya və Çin) idmançılardan, məşqçilərdən və digər texniki personaldan başqa yarışlara xüsusi olaraq gəlmiş azarkeşlərdən ibarət qruplar da təmsil olunublar. Mənə onların arasında bədii gimnastika üzrə SSRİ-nin və Rusiyanın kişi, sonralar isə qadın yığmalarına 30 il rəhbərlik etmiş böyük məşqçi Leonid Yakovleviç Arkayevin tanımaq səadəti nəsib oldu.

Leonid Yakovleviç Arkayev 1940-cı il iyunun 3-də Moskvada anadan olub. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra o, Kuybışev adına Moskva inşaat-mühəndisləri institutuna daxil olub və 1966-cı ildə oranı bitirib. Gimnastika ilə hələ məktəbdə oxuyarkən, 1953-cü ildən məşğul olmağa başlayıb.

Onun Ümumittifaq arenada ilk çıxışı 1957-ci ildə Riqada keçirilən SSRİ məktəblilərinin Spartakiadasında olub. Artıq 1958-ci ildə SSRİ- və Finlandiya arasında beynəlxalq yarışın iştirakçısı olan Leonid Arkayev idman ustası adını alıb. Növbəti il Sovet İttifaqı yığmasının üzvü (1959-69-cu illər) olub. Əfsanəvi V.İ. Çukarinlə məşq edib.Arkayevin komanda yoldaşları isə B. Şaxlin, Y. Titov kimi çox gözəl gimnastlar olub. L.Arkayev dəfələrlə Moskva çempionu, Moskva şəhər komandasının tərkibində SSRİ xalqları Spardakiadasının ikiqat çempionu, tirdə oyun üzrə SSRİ çempionatının gümüş mükafatçısı, 1966-cı ildə Dortmudda dünya çempionatının ehtiyat idmançısı olub. İdman karyerası başa çatdıqdan sonra Arkayev öz namizədliyini SSR

İ-nin yığma komandasının baş məşqçisi postuna irəli sürüb. Bu vəzifədə o, 1973-cü ildən çalışmağa başlayıb. 1993-cü ildən 2001-ci ilə kimi üstəlik qadın yığmasının da məşqçisi olub. Artıq SSRİ-nin Əməkdar məşqçisi olan L.Arkayev Smolensk Dövlət Pedoqoji İnstitunun Malaxov filialında ikinci ali təhsilini alıb.

Daha sonra Leninqradda Lesqaft adına İnstitutda aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edib. 1986-cı ildə L. Arkayev SSRİ Dövlət İdman Komitəsinin Gimkastika İdarəsinin rəisi təyin edilib. Bu vəzifədə o, SSRİ süquta uğrayana kimi fəaliyyət göstərərək yığmanın baş məşqçisi kimi çalışıb. Bir müddət L.Arkayev MDB-nin idman gimnastikası Federasiyasının sədri vəzifəsini tutub. Leonid Yakovleviç həm də 30-dan artıq elmi nəşrin və yüksək ixtisaslı gimnastların hazırlanması metodikası və nəzəriyyəsi məsələləri üzrə əsərin müəllifidir. L.Y.Arkayev SSRİ və Rusiyanın Əməkdar məşqçisidir. Lenin, Qırmızı Əmək Bayrağı, Xalqlar dostluğu, "Şərəf Nişanı ", II və III dərəcəli "Vətən qarşısında xidmət

lərinə görə ", Gümüş Olimpiya ordenləri ilə mükafatlandırılıb. Pedoqoji elmlər namizədi, professor, elm və incəsənət üzrə Petrovski Akademiyasının müxbir üzvüdür.

Onun adı dəfələrlə Rusiyanın idman jurnalistləri Federasiyasının ilin ən yaxşı məşqçisi siyahısında yer alıb. "XX əsr idmanının əfsanəsi" kimi tanınıb.

- Leonid Yakovleviç, icazə verin Sizi, gimnastikanın canlı əfsanəsini bizim qonaqpərvər torpağımızda salamlayım. Yeri gəlmişkən, Siz ilk dəfədir ki, Bakıdasınız?

- Mən Bakıda dəfələrlə olmuşam və Azərbaycan xalqının fantastik qonaqpərvərliyini təsdiqləyə bilərəm. Mən sadəcə olaraq, respublikada son 10 ildə baş verən istisnasız olaraq yaxşılığa doğru dəyişiklərdən sarsılmışam.

- Belə olan halda sual yaranır ki, Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempioanıta gəlişinizin təşəbbüskarı kim və ya nə olub?

- Mən səmimi qəlbdən Azərbaycanın Gimnastika Federasiyasının simasında və onun prezidenti xanım Mehriban Əliyevaya bu yarışın Təşkilat Komitəsinə, Azərbaycanın Milli Olimpiya Komitəsinə və mənim yaxın dostum Çingiz Şamilova (rspublikanın Gimnastika Federasiyasının məsul işçisi) məni şəxsən bu yarışa dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm.

Azərbaycana gəlib həm idman, həm də bütünlükdə ölkədə həyatanda baş verən müsbət dəyişikliklərlə tanış olmaq istəyirdim. Bakıda dostlarım çoxdur. Qeyd edim ki, dünya çempionatının başa çatmasından sonra sizin paytaxtınızda mənim də üzv olduğum Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək.

- Çin qoroskopuna görə, Siz Əjdaha ilində doğulmusunuz, Zodiak işarəniz isə Əkizlərdir. Buna görə də, Siz güclü və sağlam, həyat qüvvəsi və enerji ilə dolu, lakin olduqca sadəlövh və açıq bir adam olmalısınız. Siz həmçinin, intellektualsınız, eşqbazlıq etməyi xoşlayır, qələbəyə asan nail olursunuz.
Lakin ailə həyatı Sizin üçün ağır yükdür, yoxsa yeknəsəkliyi xoşlamırsınız. Bu belədirmi?

- Praktiki olaraq, saydıqlarınızın hamısı həqiqətə uyğundur. Mən həqiqətən də təbiətən çox güclüyəm və həyatımda çoxlu qələbələr qazanmışam. İki institut bitirmişəm, elmlər namizədi, professoram. 32 il sovet və Rusiya gimnastikasının yüksək eşelonlarında işləmişəm, 2004-cü ilə kimi SSRİ və Rusiyanın kişi və qadın yığmalarında məşqçi işləmişəm və bu zaman böyük uğurlar qazanmışam. Sizinlə razılaşmadığım yeganə məsələ ailə həyatının ağır yük olmasıdır. Mənim daim məşğulluğuma və səfərlərdə olmağıma baxmayaraq, ailə həmişə məni özünə çəkib və öz şəxsi həyatımdan çox razıyam.

- Leonid Yakovleviç, boksda - "Papaşa" Ştamm və Laslo Papp, futbolda V.Lobanovski və G.Şen, xokkeydə A.Tarasov və A.Çernışev, fiqurlu xizəksürmədə S.Juk və E.Çaykovskaya, əfsanəvi məşqçilər arasında hamı, o cümlədən də mən Sizin familiyanızı xatırlayıram. Sizin böyük məşqçi karyeranız necə başa çatdı və Siz bu gün nə ilə məşğulsunuz?

- Öz idman və məşqçi taleyimdən şikayət etməyə haqqım yoxdur. 14 yaşımdan mən gimnastika ilə məşğulam və bütün həyatım boyu uğur həmişə mənimlə olub. Mən SSRİ yığmasına daxil oldum.

Doğrudur, bütün 10 il ərzində sanki ikinci rolda olmuşam. Belə ki, o zaman əsas tərkibdə Çukarin, Şaxlin və digərləri kimi əfsanəvi gimnastlar çıxış edirdilər. Onların taxta meydançadan gedişindən sonra mənim də onlarla birgə "qocaldığım" məlum oldu və mən məşqçi işinə keçdim. 32 il mən SSRİ və Rusiyanın qadın və kişi yığması ilə məşq etdim və bu müddət ərzində görkəmli qələbələr qazandım.

Mən Vətənin mənə verdiyi mükafatlar sarıdan da özümü mağmun hesab etmirəm. Məndə böyük miqdarda orden və medallar var. Onların arasında Lenin ordeni və 2-ci ıə 3-cü dərəcəli "Vətən qarşısındakı xidmətlərinə görə" mükafatları var ki, onlarla hər bir Rusiya vətəndaşı fəxr edə bilər. Rusiya komandasının Afina Olimpiadasında və dünya çempionatında uğursuz iştirak etdiyi 2004-cü ilə kimi belə oldu. Axı hamı təmtəraqlı qələbələrə aid etmişdi.

Mənim
böyük gimnastikadan sadəcə olaraq qovulmağım üçün bu uğursuzluqlar kifayət etdi. Bir daha təkrar edirəm, mən məşqçi həyatımda bir çox uğurlara nail olmuşam, lakin özümə qarşı bu cür hörmətsiz münasibəti "nankorluq" hesab edirəm və bunu ifadə etmək üçün başqa söz tapmıram.

Lakin həyat davam edir və bu gün mən Beynəlxalq Gimnastika Federasiyanın (FİJ) İcraiyyə Komitəsinin üzvü olmaqla yanaşı, Rusiya Olimpiya Komitəsinin prezidenti L.Tyaqaçevin müşaviriyəm.

- Ümumiyyətlə, bu gün gimnastikada nə baş verir? Gimnastikaya marağın azalmasına səbəb nədir? Nə üçün bədii gimnastika üzrə yarış daha çox qızlar arasında akrobatika üzrə çempionatı xatırladır?

- Mənə elə gəlir ki, hər şey hakimlərin qeyri-obeyktivliyi ilə bağlıdır. Qaydalar kifayət qədər mürəkkəbdir və heç də mütəxəsisslərin hamısı onların öhdəsindən gələ bilmir.

Mən özüm uzun müddət bədii gimnastika ilə məşğul olmuşam və Dövlət İdman Komitəsinin Gimnastika İdarəsinin keçmiş rəisi kimi özümü bu sahədə ixtisaslaşmıh mətüəxəssis hesab edirəm. Lakin müasir yarışlarda hakimlərin təyin etdikləri qiymətləri müşahidə edərkən özümü tam səriştəsiz hesab edirəm. Eyni hal özünü idman gimnastikasında da büruzə verir.

Bu gün FİJ prezidenti Bruno Qrandi hakimlərin obyektivliyi istiqamətində bir çox işlər həyata keçirir və Bakıda dünya çempionatının başa çatmasından dərhal sonra FİJ İcraiyyə Komitəsinin iclasında məhz bu günki gimnastika ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.

Əsil zəriflik ustalarının sayının azalmasına gəlincə, fikrimcə, bu, icra olunan proqramların fantastikcəsinə mürəkkəb olması ilə əlaqədardır.

Lakin buna baxmayaraq, biz xalça üzərində böyük idmançılar və gözəl qadınlar olan E.Çaşinanı, A.Bessonovanı görürük.

- Siz cəmisi 3 il ərzində bu qədər işlər görmüş Azərbaycanın Gimnastika Federasiyasının fəaliyyətini necə qiymətləndirirsiniz? Bizdə də əsl nailiyyətlər olacaqmı?

- Mən zərif ifa maneraları və yaxşı "məktəb" keçmiş gimnast Berezutskovu da xatırlayıram. Sizdə mütləq böyük qələbələr olacaq.

Çünki ölkə prezidenti İlham Əliyev idmana və gimnastikaya böyük diqqət yetirir, eləcə də, xanım Mehriban Əliyevanın başçılığı ilə Azərbaycanın Gimnastika Fenderasiyasının fenomenal fəaliyyəti öz bəhrəsini verməyə bilməz.

Bu gün Azərbaycanda bədii gimnastika üzrə dünya çempionatı keçirilir.

Elə bu özü dünyanın idman ictimaiyyətinin Azərbaycan idmanının nailiyyətlərini tanımasının əlaməti, respublika rəhbərliyinin ölkədə idmanı hərtərəfli inkişaf etdirmək səyi deyilmi? Uğurlar üçün lazım olan şərait demək olar ki, yaradılıb. Görünür, başlıca problem məşqçi kadrlar məsələsi olacaq. Bu gün onların hazırlanması və təkmilləşdirilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə dünya idmanının təməl daşıdır.

- Leonid Yakovleviç, Sizcə gimnastikanın total təbliğatı nə etmək lazımdır? Uşaqları təlim zalına, tamaşaçıları isə tribunaya necə cəlb etmək olar?

- Çox sadə. Gimnastika dərsləri orta məktəb proqramlarına salmaq lazımdır. Axı gimnastika idmanın mürəkkəb növü deyil.

Bir neçə biomexanika qanunlarını bildikdən sonra gimnastika hamı üçün əlverişli ola bilər. Özbəkistan prezidenti İ.Kərimov aartıq bu yolu keçib və məktəblərdəki dərs proqramlarına gimnastika dərsləri də salıb.

Və mən əminəm ki, bir Olimpiadadan sonra Ukraynanın artıq mükəmməl komandaya malik olacaq. Tamaşaçıların zala cəlb olunmasına gəldikdə isə, gimnastikada qaydalarını mütləq sadələşdirmək lazımdır.

Hazırda onlar bütöv bir Tolmudu xatırladır ki, o zaman onları bir vərəq kağızın üzərində yerləşdirmək mümkün deyil. Qaydalar sadələşdirildikdən sonra və icra olunan tapşırıqların mürəkkəblik ölçüləri tamaşaçıya, azarkeşə çatdırıldıqdan sonra mən tamaşaçının yarışlara gələcəyinə əminəm.

- Və sonuncu sual. Əgər Sizə Azərbaycanın idman gimnastikası üzrə yığmasına rəhbərlik etmək tapşırılarsa, buna razılıq verərsinizmi?

- Çox böyük məmnuniyyətlə.

Xəbər lenti

Xəbər lenti