...

XƏZƏR ÜZRƏ XİQ-NİN NÖVBƏTİ İCLASI NOYABRDA ASTANADA KEÇİRİLƏCƏK

Siyasət Materials 7 Oktyabr 2005 16:55 (UTC +04:00)
XƏZƏR ÜZRƏ XİQ-NİN NÖVBƏTİ İCLASI NOYABRDA ASTANADA KEÇİRİLƏCƏK

Qazaxıstan Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə Xəzəryanı ölkələrin məsləhətləşmələrinin konstruktivliyindən razıdır.Bu barədə eksklüziv olaraq Trend ə xüsusi tapşırıqlar üzrə səfir, Xəzər dənizinin hüquqi statusu məsələləri üzrə danışıqlarda Qazaxıstanın nümayəndəsi Erik Utembayev bəyan edib.

Onun sözlərinə görə, həmin mərhələdə Konvensiya layihəsinin əsas bəndləri üzrə irəliləyiş vardır və Qazaxıstan xüsusi işçi qrupunun (XİQ) noyabrda Astanada keçirilməsi planlaşdırılan növbəti iclasında bunların davamı üçün əsas hazırlamağı öhdəsinə götürür. E.Utembayevin sözlərinə görə, dənizin delimitarizasiyası məsələsinə gəlincə, bu məsələ dövlət başçılarının diqqətini tələb edir.

Ola bilsin ki, məsələ Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitində baxılmaq üçün daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti