...

DOROS KRİSTODOULİDES: BİZ AZƏRBAYCAN İLƏ KİPRİN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASINI İSTƏYİRİK

Siyasət Materials 7 Oktyabr 2005 18:14 (UTC +04:00)
DOROS KRİSTODOULİDES: BİZ AZƏRBAYCAN İLƏ KİPRİN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASINI İSTƏYİRİK

Biz Azərbaycan ilə Kiprin münasibətlərinin normallaşdırılmasını istəyirik.Kipr respublikasının AŞPA-da parlament nümayəndə heyətinin rəhbəri Doros Kristodoulides Trend in Strasburqda olan xüsusi müxbirinə bildirib ki, onlar bu məsələni bir neçə həftə bundan öncə Bakıda müzakirə ediblər.

Onun sözlərinə görə, o, səfərdə Yunanıstan tərəfinin Azərbaycan ilə münasibətləri normallaşdırmaq istədiyini və qarşılıqlı ehtiram əsasında dostluq münasibətlərinin qaydaya salınmasına çalışdığını bildirib.

"Biz Azərbaycan nümayəndə heyətinin Şimali Kiprə səfərini müsbət qiymətləndirmədik. Rauf Denktaşın və onun oğlunun Bakıya səfəri bizim münasibətlərimizdə soyuqluq yaradır.Amma biz qarşılıqlı hörmət və əməkdaşlıq istəyirik" -deyə Doros Kristodoulides bildirib.

O, həm də bildirib ki, Avropa Şurasının müşahidəçilər qrupunun üzvüdür və Bakıya səfər edəcək. "Mən əminəm ki, ölkədə azad və demokratik seçkilə keçiriləcək" - deyə Doros Kristodoulides bildirib.

Azərbaycan XİN informasiya idarəsinin rəisi Tahir Tağızadə Trend ə bildirib ki, bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Kipr və Azərbaycanın xarici işlər nazirləri görüşüb və ikitərəfli munasibətlər, eləcə də beynəlxalq vəziyyətə dair bir sıra məsələləri müzakirə edib.

"Əvvəla, Azərbaycan öz siyasətini Şimali Kiprin türk icmasının humanitar-iqtisadi təcrid vəziyyətindən çıxarılması zərurətində bir olan BMT, Avropa Birliyi və bir sıra dövlətlərin mövqeyi əsasında qurur.İkincisi isə uzun sürən Kipr böhranının aradan qaldırılmasında Azərbaycanın Kiprin həm türk, həm də yunan icmasına hər-hansı yardım göstərməyə hazırlığı ilə müıəyyən edilir" -deyə T.Tağızadə bildirib.

Kipr diplomatlarının istinad edə biləcəyi məlum hadisələrə toxunan T.Tağızadə qeyd edib ki, Bakı ilə Şimali Kipr arasında hava reysinin açılmasının Azərbaycanın rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur - bu, özəl kommersiya təşəbbüsüdür.O, həmçinin biznesmenlərin özəl təşəbbüüslərində, incəsənət xadimlərinin və bir sıra parlamentarilərin adanın Türkiyəyə aid hissəsinə səfər etməsində heç bir problem görmür.

XİN idarəsi rəisinin sözlərinə görə, Azərbaycan tərəfi hərəkət planı təqdim edib və yeni qonşuluq Siyasəti çərçivəsində fəaliyyətin gerçəkləşdirilməsi məsələlərini müzakirə etmək üçün Brüsseldən Bakıya gələcək ekspertləri gözləyir. "Bizə Brüsseldən heç nə deyilməyib və buna görə biz deyə bilərik ki, istənilən gecikmə texniki xarakter daşıyır"-deyə o bildirib. T.Tağızadə həm də qeyd edib ki, Azərbaycan bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və qarşılıqlı fayda, xüsusilə Kipr Respublikası ilə mehriban əməkdaşlıq münasibətləri əsasında qurur.

Xəbər lenti

Xəbər lenti