...

OKTYABRIN 8-DƏ "AZADLIQ" BLOKU İLƏ "MİLLİ BİRLİK" HƏRƏKATI SAZİŞ İMZALAYACAQ

Siyasət Materials 7 Oktyabr 2005 18:40 (UTC +04:00)

Müxalifəti təmsil edən "Azadlıq" seçki bloku ilə "Milli Birlik" Hərəkatı arasında oktyabrın 8-də əməkdaşlığa dair saziş imzalanacaq. Trend in məlumatına görə, bu barədə media nümayəndələrinə blokun həmsədri, Müsavat Partiyasının başqanı İsa Qəmbər açıqlama verib.

Qeyd edək ki, "Azadlıq" bloku parlament seçkisində Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin namizədliyini dəstəkləyir. "Azadlıq" blokunun vahid namizədlər siyahısı tərtib edilərkən Lalə Şövkətin namizədliyini verdiyi 17 saylı Yasamal üçüncü seçki dairəsindən blok öz namizədini verməyib.

Tərəflər arasında bağlanacaq sazişlə bu əməkdaşlıq rəsmiləşəcək, hər iki blok qarşılıqlı öhdəliklər götürəcəklər.

Xəbər lenti

Xəbər lenti