...

HACI MƏMMƏDOVUN HƏBSDƏ OLAN YAXIN QOHUMUNUN APELLYASİYA ŞİKAYƏTİNƏ DAİR HAZIRLIQ İCLASI KEÇİRİLİB

Siyasət Materials 7 Oktyabr 2005 19:07 (UTC +04:00)

Oktyabrın 7-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Ələkbər Quliyevin sədrliyi ilə "Qarabulaq" İstirahət Mərkəzinin sabiq direktoru Xosrov Cavadovun apellyasiya şikayətinə dair məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Xosrov Cavadovun vəkili Aydın Nəzərli məlumat verib.

Xosrov Cavadov hazırda bir sıra ağır cinayəıtlərə görə həbsdə olan Hacı Məmmədovun bacısının əridir. Qanunsuz odlu silah saxlamaqda təqsirləndirilib və avqust ayında Abşeron rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin X.Cavadov çıxarılmış hökmü ədalətsiz hesab edib və apellyasiya şikayətində göstərib ki, silahların ona yox, Hacı Məmmədova məxsus olduğunu həm Hacı Məmmədov, həm də məhkəməyə dəvət olunmuş digər şahidlər də təsdiqləyib.

A.Nəzərli: "Əgər Apellyasiya Məhkəməsi də ədalətli qərar çıxarmasa, yəqin ki, yuxarı instansiyalara müraciət edəcəyik".

Vəkil sonda qeyd edib ki, hakim məhkəmə baxışını oktyabrın 15-nə təyin edib.

Xəbər lenti

Xəbər lenti