...

AYDIN MİRZƏZADƏ: "ABŞ DÖVLƏT DEPARTAMENTİNİN AÇIQLAMASI HAKİMİYYƏTİN ƏLEYHİNƏ DEYİL"

Siyasət Materials 7 Oktyabr 2005 19:11 (UTC +04:00)

"ABŞ Dövlət Departamentinin Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunması barədə son açıqlaması heç də hakimiyyətin əleyhinə verilən bəyanat deyil". Bu fikirləri Trend ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, "Azadlıq" bloku Dövlət Departamentinin son açıqlamasını yüksək qiymətləndirərək, sərbəst toplaşmaq hüququnun təmin olunmasının vacibliyi ilə bağlı ABŞ-ın bəyanatını dəstəkləyib. Aydın Mirzəzadə isə qeyd edib ki, ABŞ hökumətinin açıqlamasında heç də müxalifətə dəstək yoxdur, sadəcə Azərbaycandakı hadisələrin ümumi təsviri verilir, sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşılmasına çağırılar edilir: "Bu məsələ ilə bağlı Azərbaycanda problem yoxdur. Əgər Azərbaycan hakimiyyəti tərəfindən qanunsuzluq edilsəydi ABŞ-ın bəyanatında bu barədə bildirilərdi. Lakin açıqlamadan da göründüyü kimi, hakimiyyətin ünvanına tənqidlər yoxdur, sadəcə kütləvi aksiyalarla bağlı yaranmış vəziyyətdən narahatlıq ifadə olunur" - deyə A.Mirzəzadə bildirib.

YAP funksioneri onu da vurğulayıb ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir, ölkəmizin inkişafına, demokratiyaya dəstək verən bir dövlətdir. Bunu Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə dilə gətirib, ABŞ-dla bağlı xarici siyasi kursunu bu prinsiplərlə müəyyənləşdirib. "Müxalifət gah izacəsiz kütləvi aksiyalar keçirməklə, gah xaricdən özünə dəstək axtarmaqla, gah ucqar yerlərdə sönük keçən tədbirlərini möhtəşəm mitinq kimi qələmə verməklə məşğuldur. Qanunsuz aksiyalarda polislə yaranan qarşıdurmalara görə müxalifət məsuliyyət daşıyır və belə hadisələr üzündən gərgin vəziyyət yarananda müxalifətçilər xaricdən özlərinə dəstək axtarmağa çalışırlar"-deyə YAP-çı millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti