...

VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI SEÇKİ BLOKU SEÇKİLƏRİ BAYKOT ETMƏK İSTƏYİR

Siyasət Materials 7 Oktyabr 2005 19:17 (UTC +04:00)

"Vətəndaş Cəmiyyəti Qurucuları (VQC) seçki bloku parlament seçkilərini baykot etmək məsələsini gündəmə gətirib". Bu barədə Trend agentliyinə VQS-nin mərkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli bildirib.

Y.Cəfərli qeyd edib ki, VQC-nin Sədrlər Şurasının oktyabrın 7-də keçirilən toplantısında özü bu təkliflə çıxış edib: "Sədrlər Şurasının üzvləri mənim təklifimi bəyəniblər. Lakin blokun rəhbəri Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov həmin toplantıda iştirak etmədiyi üçün məsələnin növbəti toplantıda müzakirə edilməsi qərara alınıb".

VQC-nin növbəti toplantısının oktyabrın 14-də olacağını qeyd edən Y.Cəfərli seçkiləri baykot qərarına gəlmələrinin səbəblərini belə açıqlayıb: "Blokdan 44 namizədinə təzyiqlər edilir, onların seçki təbliğatına maneələr yaradılır, qərargahımıza hücumlar olub, AMDP-ni qərargahdan çıxarıblar, partiyanı qeydiyyata almırlar və s. Belə şəraitdə seçkilərin demokratik keçiriləcəyinə inanmırıq".

Xəbər lenti

Xəbər lenti