...

ƏFQANISTAN VETERANLARI İTTİFAQININ MƏHKƏMƏ QARŞISINDA DAYANAN SABİQ SƏDRİ APELLYASİYA ŞİKAYƏTİ VERİB

Siyasət Materials 8 Oktyabr 2005 12:58 (UTC +04:00)

Oktyabrın 11-də Əfqanıstan Veteranları İttifaqının (ƏVİ) sabiq sədri Məmməd İskəndərovun apellyasiya şikayəti hakimlərdən birinin icraatına veriləcək. Bu barədə Trend ə Nəsimi rayon Məhkəməsindən məlumat verilib.

Nəsimi rayon məhkəməsinin sədri Ələddin Cəfərovun hakimliyi ilə Məmməd İskəndərovun məhkəməsi keçirilir. ƏVİ-nin keçmiş sədri vəzifə saxtakarlığında, ƏVİ-yə məxsus torpaq sahələrini satmaqda, sənədləri saxtalaşdırmaqda və s. cinayət əməllərində təqsirləndirilir. Onu da qeyd edək ki, bir qədər əvvəl M.İskəndərov barəsində cinayət işi qaldırılmasına və işinin məhkəməyə verilməsinə baxmayaraq o, yaxın vaxtlara qədər İttifaqın sədri vəzifəsində çalışırdı. Ancaq məhkəmənin gedişatı zamanı hakim Məmməd İskəndərovun həmin vəzifədən uzaqlaşdırılması barədə qərar çıxarıb.

Bundan əlavə, Məmməd İskəndərova verilən ittihamda ƏVİ-yə zərər vurması göstərilsə də, ibtidai istintaq zamanı bu qurum zərərçəkən kimi tanınmamışdı. Məhkəmənin gedişatında ƏVİ-nin nümayəndəsi həmin qurumun işdə zərərçəkən kimi tanınması barədə verdiyi vəsatət də hakim tərəfindən təmin edilib. Məmməd İskəndərov isə bununla razılaşmayaraq apellyasiya şikayəti verib. Ona görə də məhkəmə müvəqqəti olaraq öz işi dayandırıb. Məhkəmədən bildiriblər ki, proses öz işini yalnız apellyasiya məhkəməsinin çıxardığı qərardan sonra davam etdirə bilər.

Xəbər lenti

Xəbər lenti