...

MEHRİBAN ƏLİYEVAYA BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASININ MEDALI TƏQDİM OLUNUB

Siyasət Materials 9 Oktyabr 2005 16:51 (UTC +04:00)

Bakıda bədii gimnastika üzrə dünya çempioanıtının bağlanma mərasimində Milli Federasiyanın rəhbəri Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Bruno Qrandi tərəfindən bu təşkilatın medalı ilə təltif olunub.

Trend in məlumatına görə, təntənəli mərasimdə B.Qrandi qeyd edib ki, Bakıdakı yarış ən yüksək səviyyədə keçib. "Bakı son həftə ərzində idmançıların çox maraqlı çıxışlarının şahidi olan bədii gimnastikanın qiymətini verə bilənlərə əsl bayram hədiyyə etdi", - deyə o bildirib.

B.Qrandi həmçinin, Avropa Gimnastika Federasiyasının prezidenti, Yunanıstan Milli Federasiyasının rəhbəri Dimitrios Dimitropolusa xüsusi simvol hədiyyə verib. Qeyd edək ki, növbəti dünya çempionatı məhz Ellada da keçiriləcək.

Çıxışının sonunda B.Qrandi dünya çempionatını bağlı elan edib. Bundan sonra qala-konsert başlayıb.

Xəbər lenti

Xəbər lenti