...

"AZADLIQ" SEÇKİ BLOKUNUN ÜZVLƏRİ "28 MAY" METRO STANSİYASI YAXINLIĞINDA NÖVBƏTİ İCAZƏVERİLMƏMİŞ MİTİNQ KEÇİRMƏYƏ CƏHD EDİRLƏR

Siyasət Materials 9 Oktyabr 2005 17:37 (UTC +04:00)
"AZADLIQ" SEÇKİ BLOKUNUN ÜZVLƏRİ  "28 MAY" METRO STANSİYASI YAXINLIĞINDA NÖVBƏTİ İCAZƏVERİLMƏMİŞ MİTİNQ KEÇİRMƏYƏ CƏHD EDİRLƏR

Oktyabrın 9-da müxalifətin "Azadlıq" seçki blokunun üzvləri Bakı metrosunun mərkəzi "28 May" stansiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Trend in məlumatına görə, artıq təxminən 14.30-dan metroya aparan nəqliyyatın, eləcə də piyadaların hərəkəti məhdudlaşdırılıb, bəzi yerlər polisin "canlı karton"ları ilə mühasirəyə alınıb. Təxminən saat 16.00-da blokun nümayəndələrindən ibarət qrup "Azadlıq" prospektinə çıxaraq metroya tərəf yürüş keçirməyə cəhd ediblər. Lakin prospektin bütün küçələrlə (Nizami, Xaqani, R.Beybutov, D.Əlieyva və digər) kəsişdiyi yerdə polis müxalifətçilərin icazə verilməmiş aksiyanın keçirəcəkləri yerə çatmaq cəhdinin qarşısını ala bilib. Aksiya iştirakçıları ilə polis arasında toqquşma Xaqani küçəsində, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mənzil-qərargahının yaxınlığında olub. 10 nəfər yaralanmış aksiya iştirakçısı mənzil-qərragahda yerləşdirilib, xüsusilə fəal olan müxalifətçilər isə saxlanılıb. Hadisə yerinə bir təcili yardım maşını gəlib.

Bu blokun üzvləri eyni zamanda mərkəzi Nizami küçəsi ("Torqovaya" hissəsində) ilə yürüş təşkil etmək istəsələr də, polis onlara imkan verməyib.

Təxminən saat 17.15-də metronun "Sahil" stansiyasının yaxınlığında, "Yeni Azərbaycan" partiyasının mənzil-qərargahının qarşısında aksiya iştirakçılarından bir qrupu "Azadlıq!", "Azad seçkilər!" şüarları səsləndirməyə başlayıblar. Burada həm də polislə aksiya iştirakçıları arasında toqquşma da baş verib. Polis nümayiş iştirakçılarını, o cümlədən, jurnalistləri də "Sahil" bağına doğru qovmağa başlayıb. Bu zaman aksiya iştirakçıları ilə birgə "Ayna-Zerkalo" qəzetinin müxbiri İdrak Abbasov da xəsarət alıb. O, yerə yıxılaraq huşunu itirib. Hərçənd polis jurnalistə mülki şəxslərin zərbələr vurduğunu və bundan sonra onun huşunu itirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti