...

"AZADLIQ" BLOKUNUN İCAZƏSİZ MİTİNQİNİ İŞIQLANDIRAN 10 NƏFƏRDƏN ARTIQ JURNALİST ZORAKILIĞA MƏRUZ QALIB

Siyasət Materials 9 Oktyabr 2005 18:57 (UTC +04:00)

Oktyabrın 9-da Bakıda "Azadlıq" seçki blokunun icazəsiz mitinqinin işıqlandırılması zamanı 10 nəfərdən artıq jurnalist fiziki təzyiqə məruz qalıb. Bu barədə Trend ə Azərbaycanın mətbuat Şurasının və DİN-nin birgə monitorinq qrupunun rəhbəri İbrahim Məmmədli məlumat verib.

O bildirib ki, ilkin məlumatlara görə, jürnalistlərdən ikisi ağır zədə alıb və reanimasiyada yerləşdirilib. Onlar "Bozqurd" qəzetinin baş redaktoru Ramiz Nəcəfli və "Ayna-Zerkalo" qəzetinin müxbiri İdrak Abbasovdur. Ümumilikdə təzyiqə və zorakılığa məruz qalanlar "LIDER" və "ANS" telekanallarının, "Yeni Müsavat", "Azadlıq", "Bakı xəbər", "APA" informasiya agentliyinin və s. nümayəndələridir.

İ.Məmmədli baş vermiş faktların oktyabrın 10-da diqqətlə öyrəniləcəyini və bu barədə ayrıca məlumat veriləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti