...

BARMAQLARA MÜRƏKKƏB VURULMASINI TƏLƏB EDƏN NAMİZƏDLƏR PREZİDENTƏ MÜRACİƏT EDƏCƏK

Siyasət Materials 10 Oktyabr 2005 12:58 (UTC +04:00)

Seçki günü seçicilərin barmaqlarına mürəkkəb vurulmasını tələb edən namizədlərin imzatoplama kampaniyasına hazırda 160-dan çox namizəd qoşulub. Trend in məlumatına görə, deputatlığa namizədlər "bir seçici-bir səs" prinsipinin reallaşması, seçki saxtakarlığının qarşısının alınması üçün seçicilərin barmaqlarına mürəkkəb vurulmasını tələb edirlər. Bunun üçün bütün namizədlərə müraciət olunub, imzatoplama kampaniyasına başlanılıb.

Müraciətə imza atmış 160-dan çox şəxs əsasən "Azadlıq", "Milli Birlik", "Yeni Siyasət" seçki bloklarının, həmçinin, digər siyasi partiyaların namizədləri, o cümlədən seçkidə fərdi qaydada iştirak edən müstəqil namizədlərdir.

İmzatoplama kampaniyası bu həftə ərzində başa çatdırılacaq və müraciət ölkə prezidenti İlham Əliyevə, Mərkəzi Seçki Komissiyasına (MSK), ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların nümayəndəliklərinə ünvanlanacaq.

Xəbər lenti

Xəbər lenti