...

RAMİL USUBOV: "RADİKAL MÜXALİFƏTİN İCTİMAİ ASAYİŞİ POZACAĞINI ƏVVƏLCƏDƏN DEMİŞDİK"

Siyasət Materials 10 Oktyabr 2005 14:19 (UTC +04:00)
RAMİL USUBOV: "RADİKAL MÜXALİFƏTİN İCTİMAİ ASAYİŞİ POZACAĞINI ƏVVƏLCƏDƏN DEMİŞDİK"

"Radikal müxalifətin ictimai asayişi pozacağını əvvəlcədən demişdik". Trend məlumat verir ki, bunu jurnalistlərlə söhbətində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirib ki, oktyabrın 9-da mitinq keçirilməyib, sadəcə, radikal müxalifət ictimai asayişi növbəti dəfə pozmağa cəhd göstərib. Xidməti vəzifəsini yerinə yetirən polis də bu cəhdin qarşısını alıb. R.Usubov: "Müxalifətə icazəsiz mitinqin qarşısının alınacağı barədə xəbərdarlıq olunub. Buna baxmayaraq, mitinqi təşkil edənlər məqsədli şəkildə polislə iştirakçılar arasında qarşıdurma, gərginlik yaradırlar. Demokratik cəmiyyətdə qanunun aliliyi başlıca şərtdir. Bu prinsiplər iqtidar tərəfindən həyata keçirilir".

Ramil Usubov polisin mitinq zamanı iaşə obyektlərini dağıtması barədə məlumatları təkzib edib. R.Usubov : "Polis əməkdaşı mitinq zamanı hansısa mağazanın şüşəsini nəyə görə qəsdən sındırmalıdır? Bu mümkün deyil. Ola bilsin ki, mitinq zamanı hansısa iaşə obyektinə zərər dəyib. Yəni toqquşma vaxtı polis özünü müdafiə edəndə ona vurulan zərbələrə cavab verərkən rezin dəyənəyin təsadüfən şüşəyə dəyməsi nəticəsində şüşə sınıb. Belə faktlar varsa, həmin obyektlərin sahibləri bizə müraciət edə bilərlər. Araşdırarıq, əgər polis əməkdaşı qəsdən belə hərəkət edibsə, həmin polis əməkdaşını cəzalandırarıq, hadisə təsadüfdən baş veribsə, dəymiş ziyanı ödəyərik", - deyə qeyd edib.

Xəbər lenti

Xəbər lenti