...

VİLNÜSDƏ CƏNUBİ QAFQAZ VƏ BALTİK ÖLKƏLƏRİNİN DÖVLƏT BAŞÇILARININ SAMMİTİNİN KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR

Siyasət Materials 10 Oktyabr 2005 14:24 (UTC +04:00)

2006-cı ildə Vilnüsdə Cənubi Qafqaz və Baltik ölkələrinin dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Sammitə hazırlıq məsələləri üzrə dekabr ayında Brüsseldə məsləhətləşmələrin keçirilməsi planlaşdırılır və NATO XİN Şurasının və tərəfdaşların iclası çərçivəsində Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Litva, Latviya və Estoniyanın xarici işlər nazirlərinin görüşü gözlənilir. XİN rəhbərlərinin görüşünün keçirilməsi, eləcə də Cənubi Qafqaz və Baltik ölkələrinin sammiti hələlik işlənmə mərhələsindədir.

Qeyd edək ki, bu günlərdə Tbilisidə Gürcüstan və Litvanın xarici işlər nazirləri- Salome Zurabişvili və Antanas Valionis birgə bəyannamə imzalyıblar. Bəyannamədə Latviya, Estoniya, Azərbaycan və Ermənistanın XİN-i rəhbərlərinə üç Baltik və üç Cənubi Qafqaz ölkəsinin əməkdaşlığının Litvanın təşəbbüsü ilə uzadılması təklif olunub. Litva və Gürcüstan XİN rəhbərlərinin fikrincə, Baltik ölkələrinin islahatlar və əməkdaşlıq sahəsində topladığı təcrübə Ermənistan,Gürcüstan və Azərbaycan üçün Avropa və avroatlantik strukturlarına inteqrasiyası yolunda çox gözəl nümunədir. Bu təcrübədən xüsusilə Qafqaz ölkələri arasında qarşılıqlı münasibətlərin çərçivəsində istifadə etmək zəruridir.

Xəbər lenti

Xəbər lenti