...

XANLAR HACIYEV: İNSAN HAQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏTLƏRİN 90%-İ MÜZAKİRƏLƏRİN ARTIQ İLKİN MƏRHƏLƏSİNDƏ RƏDD EDİLİR

Siyasət Materials 10 Oktyabr 2005 15:26 (UTC +04:00)
XANLAR HACIYEV: İNSAN HAQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏTLƏRİN 90%-İ MÜZAKİRƏLƏRİN ARTIQ İLKİN MƏRHƏLƏSİNDƏ RƏDD EDİLİR

Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinin (İHAM) ünvanına göndərilən müraciətlərin 90%-dən çoxu düzgün tərtib olunmadığına görə, müzakirələrin artıq ilkin mərhələsində rədd edilir. Bu barədə Trend ə İHAM-nin hakimi Xanlar Hacıyev Trend ə verdiyi ekskluziv müsahibəsində bildirib.

X.Hacıyev qeyd edib ki, İHAM-nə müraciətlərin sayı kifayət qədəo çox olduğundanÖ bununla əlaqədar işlərə, o cümlədən Azərbaycan üzrə ərizələrə baxılması üzrə bir sıra çətinliklər meydana çıxır.

"Avropa Məhkəməsinə hər hansı bir müraciət qəbul olunmuş standartlara müvafiq ciddi tərtib olunmalıdır. Əks halda, onlara sadəcə olaraq baxılmır", - deyə hakim bildirib. O qeyd edib ki, işlərə baxılmaq üçün müəyyən vaxt tələb olunur. "Yalnız onu deyə bilərəm ki, İHAM-də Azərbaycan üzrə işlərə baxılmaq üçün hər hansı bir süni maneə yoxdur", - deyə X. Hacıyev qeyd edib.

Eyni zamanda, hakim bildirib ki, erməni tərəfi insan haqları üzrə Avropa Məhkəməsinə müraciətlərin sayını "bərabərləşdirmək" üçün əlindən gələni edir. "Bütün bunlar İHAM-nin Ermənistana münasibətdə növbəti addımlarını minimallaşdırmaq məqsədilə edilir. Axı müraciət və narazılıqlar hər iki tərəfdən mövcuddur", -deyən hakim qeyd edib ki, rəsmi Yerevan erməni-Azərbaycan məsələsinə yanaşmanı "balanslaşdırma"nın zəruri olması görüntüsünü yaratmaq üçün mümkün olan hər şeyi edir.

Sonda X.Hacıyev Avropa Məhkəməsinin Azərbaycanda məhkəmə sistemində islahatlara dair münasibəti ilə bağlı fikrini ifadə edib. Onun sözlərinə görə, bu istiqamətdə rəsmi Bakıya Avropa instansiyaları, eləcə də Avropa Şurası Venesiya Komissiyası mümkün olan yardımı göstərir. "Şübhəsiz, bu amil Azərbaycanın avrointeşrasiyasına müsbət təsir göstərir və bu prosesin davam etdirilməsi zəruridir", -deyə sonda X. Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti