...

DEMOKRATİK QÜIIƏLƏR KONQRESİ QURULTAYA HAZIRLAŞIR

Siyasət Materials 10 Oktyabr 2005 15:44 (UTC +04:00)

"Azərbaycan Naminə seçki blokunun təşəbbüsü ilə yaradılması nəzərdə tutulan Demokratik Qüvvələr Konqresi (DQK) təsis qurultayına hazırlaşır". Bu barədə adıçəkilən blokun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

Qurultayın nə vaxt keçiriləcəyi barədə dəqiq söz deyə bilməyəcəyini bildirən T.Əliyev hələlik danışıqların aparıldığını deyib: "Ola bilsin ki, qurultay seçkidən sonra keçirilsin. Bu konqresdə təmsil olunacaq qüvvələrin birgə rərarından asılı olacaq. Bu qüvvələrlə əsas danışıqlar Azərbaycan Naiminə Hərəkatın lideri İlqar Qasımov səviyyəsində aparılır".

DQK-nin yalnız müxalifət düşərgəsini təmsil edən siyasi partiyalardan, qeyri hökumət təşkilatlarından, müstəqil namizədlərdən və ölkənin nüfuzlu ziyalılarından təkşil ediləcəyini deyən T.Əliyev daha sonra bildirib: "Nəzərdə tutmuşuq ki, konqresdə sədrlik institutu və Koordinasiya Şurası yaradaq".

Qeyd edək ki, Demokratik Qüvvələr Konqresinin (DQK) yaradılmasında əsas məqsəd ölkədə demokratik qüvvələri bir araya gətirmək, seçkiöncəsi və seçkidən sonra demokratik mühiti qorumaq olacaq.

Xəbər lenti

Xəbər lenti