...

VƏKİLİ AYAZ MÜTƏLLİBOVLA BİRGƏ HÜQUQİ MÜDAFİƏ TAKTİKASINI MÜƏYYƏNLƏŞDİRİB

Siyasət Materials 10 Oktyabr 2005 15:46 (UTC +04:00)

Vəkil Fuad Ağayev hüquqlarını müdafiə etdiyi Ayaz Mütəllibovla görüşərək hüquqi müstəvidə müdafiə taktikasını müəyyənləşdiriblər. Bu barədə Trend ə eks-prezident, Azərbaycan Sosial Demokrat Partiyasının lideri Ayaz Mütəlliblovun vəkili Fuad Ağayev məlumat verib. O, bildirib ki, Ayaz Mütəllibovla görüşmək üçün Moskvaya gedib, onunla məhkəmə proseslərini və digər məsələləri müzakirə edib. Eks-prezident parlament seçkisində iştirak edən öz vəkili Fuad Ağayevin namizədliyini dəstəklədiyini bəyan edib. Həmçinin vəkilin hazırladığı qanun layihələrinə dəstək verəcəyini bildirib.

Ayaz Mütəlliblovun hüquqlarının bərpası ilə bağlı isə qərara alınıb ki, eks-prezidentin müdafiəsi üçün bütün hüquqi vasitələrdən istifadə olunsun.

Fuad Ağayev bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün təqsirləndirilən şəxslərə ayrılan üçgünlük müddətin bərpa olunması tələbi ilə bu günlərdə Ali Məhkəməyə müraciət edəcək. Qeyd edək ki, həmin şikayəti Nəsimi rayon məhkəməsi, daha sonra isə Apellyasiya Məhkəməsi təmin etməyib. Buna görə də vəkil Apellyasiyai Məhkəməsinin qəranıdan Ali Məhkəməyə müraciət edərək Ayaz Mütəllibovun üçgünlük müddətinin təmin olunmasını tələb edəcək. Vəkilin sözlərinə görə, bu instansiyada da iddiası təmin olunmasa, Konstitusiya, daha sonra Avropa Məhkəməsinə qədər müraciət etmək niyyətindədir. Üçgünlük müddəti bərpa olunsa, A.Mütəllibovun barəsində çıxarılmış həbs qərarını dəyişmək üçün apellyasiya şikayəti verilə bilər.

Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə bildirib ki, Ayaz Mütəllibovun Azərbaycana qayıtması yalnız prezident İlham Əliyevin buna təminat verməsindən sonra baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti