...

AZƏRBAYCANIN XARİCDƏ YENİ SƏFİRLİKLƏRİNİN AÇILMASI MƏSƏLƏSİ AÇIQ QALIR

Siyasət Materials 10 Oktyabr 2005 18:10 (UTC +04:00)
AZƏRBAYCANIN XARİCDƏ YENİ SƏFİRLİKLƏRİNİN AÇILMASI MƏSƏLƏSİ AÇIQ QALIR

Dünyanın 15 ölkəsində Azərbaycan səfirliklərinin açılması məsələsi açıq qalır. Trend bildirir ki, AR xarici işlər nazirinin müavini Vaqif Sadıqov bu barədə jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, Milli Məclisin həmin səfirliklərin açılması barədə qərarı vardır və Azərbaycan Respublikası prezidentinin səfirlərin təyin edilməsi haqqında sərəncamını gözləyirik.Səfirliklərin Xorvatiya, Hollandiya, Malayziya, Suriya, İordaniya, Qatar, Argentina və digər ölkələrdə açılması gözlənilir.Diplomat qeyd edib ki, bu yaxınlarda İspaniya, Latviya, Moldova və digər ölkələrdə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb.

V.Sadıqov həm də qeyd edib ki, Azərbaycan diplomatik missiyası diplomatlarının xaricə rotasiyası davam edir. Artıq diplomatik missiyanın onlarla əməkdaşı rotasiyadan keçib.Bu, "Diplomatik xidmət haqqında" qanuna əsasən aparılır. Nazir müavini vurğulayıb ki, həmin qanunda diplomatik missiya əməkdaşlarının xaricə rotasiyasının hər üç ildən bir aparılmalı olduğu göstərilir.

Xəbər lenti

Xəbər lenti