...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİLİYİ ƏMƏKDAŞLARIN İXTİSASINI ARTIRMAQ ÜÇÜN KURSLAR TƏŞKİL EDİB

Siyasət Materials 10 Oktyabr 2005 18:53 (UTC +04:00)
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİLİYİ ƏMƏKDAŞLARIN İXTİSASINI ARTIRMAQ ÜÇÜN KURSLAR TƏŞKİL EDİB

Azərbaycanın Xarici İşlər Nazirliyinin 30 əməkdaşı oktyabrın 10-dan başlayan XİN əməkdaşlarının ixtisasartırma kursunun dinləyiciləri olacaqlar. Trend in məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Vaqif Sadıqov kursların açılışı zamanı bəyan edib.

Onun sözlərinə görə, kurslar nazirin əmri ilə təşkil olunub. Onda məqsəd əməkdaşların biliyini artırmaq və dünya görüşünü genişləndirməkdir. Kursun dinləyiciləri təcrübəli diplomatların, Azərbaycan Milli Elmlər Akademiyasının ekspertlərinin aşağıdakı mövzularda leksiyalarını dinləyəcəklər: təhlükəsizlik məsələləri, iqtisadiyyat, siyasət, beynəlxalq münasibətlər, humanitar məsələlər və s. Kurslara Nazirlikdə vəzifəyə daxil olmaqla bağlı keçirilən test imtahanlarında yaxşı nəticələr qazanmış XİN-də yaxın vaxtlarda işə götürülmüş 8 yeni əməkdaş da cəlb olunub.

Nazir müavinin s.zlərinə görə, nəticədə beşaylıq kursların dinləyicilərinə sertifikatlar veriləcək.

Analoji kurslar dövri təşkil olunacaq. V.Sadıqovun sözlərinə görə, belə zərurət ölkə rəhbərinin dünyanın daha 15 ölkəsində diplomatik nümyaəndəliklər və konsul bölmələri açmaq niyyəti ilə bağlıdır.

"Kadrlara tələbat heç də o demək deyil ki, bu diplomatik missiyalarda işləmək üçün orta səviyyəli kadrlar cəlb olunacaq, əksinə, yüksək ixtisaslı diplomatlar lazımdır", - deyə o qeyd edib. Hazırda dünyanın 42 ölkəsində Azərbaycanın diplomatik missiyaları fəaliyyət göstərir və onlarda 400-ə yaxın əməkdaş çalışır.

Xəbər lenti

Xəbər lenti