...

İLHAM ƏLİYEV BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASININ PREZİDENTİNİ QƏBUL EDİB

Siyasət Materials 10 Oktyabr 2005 19:11 (UTC +04:00)

Azərbaycanın prezidenti İlham Əliyev oktyabrın 10-da Beynəlxalq gimnastika federasiyasının prezidenti Bruno Qrandini qəbul edib. Trend bildirir ki, aparılan söhbət əsnasında B. Qrandi Avropa Olimpiya komitəsinin prezidenti Mario Paskantenin salamını Azərbaycan dövlətinin başçısına çatdırıb.

"Seçim edərkən biz bilirdik ki, Azərbaycanda belə bir səviyyədə turnir ilk dəfədir keçirilir.Amma qeyd etmək istəyirəm ki, düzgün seçim edilib. Biz çempionatın təşkili səviyyəsindən razıyıq"-deyə M. Paskante qeyd edib.

Prezident İlham Əliyev gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi qərarına görə B. Qrandiyə təşəkkür edib və qeyd edib ki, yarışlar respublikada olan bütün telekanallar vasitəsilə yayımlanıb.İ.Əliyevin sözlərinə görə, Azərbaycanda həmin tədbirə böyük maraq var idi.

"Azərbaycanda ilk dəfədir idmanın olimpiya növləri üzrə ümumdünya turniri keçirilir.Mən ümid edirəm ki, gələcəkdə respublikada keçiriləcək beynəlxalq yarışların sayı artırılacaq" -deyə Azərbaycan prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti