...

BTC NEFT BORU KƏMƏRİNİN GÜRCÜSTANA AİD HİSSƏSİNİN AÇILIŞ MƏRASİMİ QARDABANİDƏ KEÇİRİLƏCƏK

Siyasət Materials 10 Oktyabr 2005 20:17 (UTC +04:00)
BTC NEFT BORU KƏMƏRİNİN GÜRCÜSTANA AİD HİSSƏSİNİN AÇILIŞ MƏRASİMİ QARDABANİDƏ KEÇİRİLƏCƏK

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin Gürcüstana aid hissəsinin açılış mərasimi oktyabrın 12-də Qardabani rayonunda keçiriləcək.Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov bildirib.

Qardabanidəki Nasos stansiyası ərazisində keçiriləcək mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri - İlham Əliyev, Mixail Saakaşvili və Əhməd Necdet Sezerin iştirakı gözlənilir. Həmçinin tədbirdə ABŞ, Böyük Britaniya, xüsusilə ABŞ-nın Xəzər regionu üzrə xüsusi nümayəndəsi Stiven Mənn, BP şirkətinin başçısı Con Braun və digərlərinin də iştirakı gözlənilir.

Proqrama əsasən, yüksək vəzifəli qonaqlar tədbirdə çıxış edəcək, bundan sonra prezidentlərin iştirakı ilə neft boru kəmərinin Gürcüstana aid hissəsinin istismara buraxılması mərasimi keçiriləcək.

Diplomatın sözlərinə görə, İlham Əliyevin Gürcüstana səfəri qısa müddətli olacaq.Hər-hansı digər görüşlərin yaxud sənədlərin imzalanması gözlənilmir.

Xəbər lenti

Xəbər lenti