...

AZƏRBAYCAN XİLASKARLARI VƏ HƏKİMLƏRİ PAKİSTANA YOLA DÜŞÜB

Siyasət Materials 10 Oktyabr 2005 20:34 (UTC +04:00)

Oktyabrın 10-da Azərbaycan həkimlər briqadası Pakistanda oktyabrın 8-də baş vermiş zəlzələ nəticəsində zərər çəkənlərə tibbi yardım göstərmək üçün həmin ölkəyə yola düşüb.Bu barədə Trend ə AR Səhiyyə nazirliyində bildirilib.

Briqadanın tərkibinə müxtəlif ixtisaslardan olan15 yüksək ixtisaslı həkim daxildir.Onlar lazımi tibbi texnika və sarğı materialları ilə təchiz edilmişlər. Briqada AR prezidenti İlham Əliyevin tapşırığına əsasən operativ formalaşdırılıb.

AR Müdafiə nazirliyinin mülki müdafiə İdarəsində bildirilib ki, Pakistana həmçinin 25 xilaskar da göndərilib.

Qeyd edək ki, həkimlər və xilaskarlar Pakistana xüsusi reyslə yola salınıb. Azərbaycan tərəfi $500 min maliyyə yardımı ilə yanaşı Pakistana 1,5 ton humanitar yardım da göndərib.

Xəbər lenti

Xəbər lenti