...

L.PLATVOED: MONİTORİNQ MİSSİYASININ ÜZVLƏRİNDƏ ÖLKƏDƏKİ CARİ PROSESLƏRLƏ BAĞLI FİKİR FORMALAŞMALIDIR

Siyasət Materials 11 Oktyabr 2005 11:32 (UTC +04:00)

"Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı ilkin şərhlər artıqdır, belə ki, monitorinq missiyasının üzvlərində ölkədəki cari proseslər barədə fikir formalaşmalıdır". Trend in xəbər verdiyi kimi, bu barədə Avropa Şurası Monitorinq qrupunun rəhbəri hollandiyalı parlamentari Leod Platveod bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qrupun tərkibinə həmməruzəçilər Andreas Qross və Andreas Herkel, həmçinin, AŞ parlamentariləri Mövlud Çavuşoğlu, Hanna Seversen və AŞ PA katibliyinin iki əməkdaşı daxildirlər. Qonaqlar MSK-nın sədri Məzahir Pənahov, spiker Murtuz Ələsgərov, Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyəti, AŞ-yə üzv ölklərin Bakıdakı səfirləri ilə görüşəcəklər.

Oktyabrın 12-də səhər missiya hakim "Yeni Azərbaycan" partiyasının, daha sonra "Azadlıq" və "YeS" müxalifət seçki bloklarının nümayəndələri, Milli Birlik hərəkatının lideri Lalə Şövkət Hacıyeva, Demokratik İslahatlar partiyasının rəhbəri Asim Mollazadə ilə görüşlər keçirəcək.

Oktyabrın 13-də günün ikinci yarısında isə AŞ PA nümayəndə heyətinin Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev, QHT və KİV nümayəndələri, DİN, XİN, ƏN rəhbərləri, Bakı meri, daha sonra isə prezident İlham Əliyevlə görüşləri gözlənilir. Səfərin sonunda mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti