...

BAKIDA "FİRAVAN GƏLƏCƏYİN TƏMİN OLUNMASI: AZƏRBAYCANIN MÖVCUD İQTİSADİ SİYASƏTİ" MÖVZUSUNA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

Siyasət Materials 11 Oktyabr 2005 13:34 (UTC +04:00)

Oktyabrın 14-15-də Bakıda "Firvan gələcəyin təmin olunması: Azərbaycanın mövcud iqtisadi siyasəti"nə dair beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı olan Qlobal Ədalət Təşəbbüsü təşkilatından (GFI) Trend ə verilən məlumata görə, tədbirdə dünyanın aparıcı şirkətlərinin işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər.

Konfrans iştirakçıları ölkənin inkişafında texniki, iqtisadi siyasi və sosial sahələri qiymətləndirməlidirlər. Müzakirələr 4 sektorda davam etdiriləcək: Azərbaycanın dünyada mövqeyi - inteqrasiyanın yeni erası, Dövlət Neft Fondunun idarə olunması - neftdən yerli inkişafa gəlirlərin cəlb olunması, investisiya mühitinin inkişafı - korrupsiyanın şəffaflığı, inkişafın sabit platforması: Azərbaycanın demokratik qurumlarının birləşməsi.

Konfransda Litvanın keçmiş prezidenti Vyautas Landsberqis, Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou, Avropanın Azadlıq radiosunun rəhbəri Tom Din, Xarici Əlaqələr Şurasının nümayəndəsi Maks But və başqaları məruzə ilə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti