...

ƏLİ KƏRİMLİ AVROPA PARLAMENTİNDƏ AZƏRBAYCANDAKI SEÇKİ İLƏ BAĞLI MƏRUZƏ EDƏCƏK

Siyasət Materials 11 Oktyabr 2005 13:38 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimlinin oktyabrın 10-dan Avropa Birliyi parlamentinin vitse-prezidenti Yanuş Onuşkeviçin dəvəti ilə Brüsselə səfəri başlayıb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Ə.Kərimli oktyabrın 11-də Avropa Parlamentində "Azərbaycanda parlament seçkiləri ərəfəsi" mövzusunda məruzə edəcək. Bundan sonra AXCP sədri Avropa Siyasət Mərkəzində diplomatların, politoloqların, araşdırıcı alimlərin və media nümayəndələrinin iştirakı ilə keçirilən toplantıya qatılacaq. Həmin tədbirdə Ə.Kərimli Azərbaycandakı seçkiöncəsi durumla bağlı çıxış edəcək. AXCP liderinin Avropa Birliyində bir sıra başqa görüşlər də keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti