Oktyabrın 12-13-də Sankt-Peterburqda MDB-də terrorizmlə, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin razılaşdırılması üzrə birgə komissiyanın iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Milli Məclisdən məlumat verilib.
İclasda "Polis haqqında", "Maliyyə terrorizmi ilə mübarizə barədə", "Narkotik vasitələr, psixotrop maddələr haqda", "Operativ-axtarış fəaliyyəti barədə" qanun modellərinin layihələri müzakirə olunacaq.
Forumun işində MM-in deputatı Vladimir Timoşenko çıxış edəcək. Deputat çıxışında Azərbaycan parlamentinin bu sahədə gördüyü işlərdən danışacaq.