...

MİLLİ MƏCLİS 2006-CI İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİ MÜZAKİRƏ EDİR

Siyasət Materials 11 Oktyabr 2005 15:24 (UTC +04:00)

Oktyabrın 11-də Milli Məclisdə 12 qanun layihəsi müzakirəyə çıxarılıb. Trend xəbər verir ki, parlamentdə müzakirə olunan ilk məsələ "AR-nın 2006-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi olub və bu barədə parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov məlumat verib.

Büdcə layihəsinə əsasən, onun mədaxil hissəsi 3 408 315,3 min denominasiya edilmiş manata (5000 manat = 1 yeni Azərbaycan manatı - 5000 AZM=1 AYM) bərabərdir. Məxaric hissə 3 566 315,3 min denominasiya edilmiş manata bərabərdir. Beləliklə, büdcənin defisiti 158 mln. AYM-a bərabərdir.

Sonra adıçəkilən qanun layihəsi barədə çıxış edən maliyyə naziri Əvəz Ələkbərov bildirib ki, büdcənin əsas məqsədi tarazlaşdırılmış sosial-iqtisadi inkişafın təmin edilməsi, vergilərin azaldılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, infrastrukturun yaradılması, ünvanlı sosial müdafiə layihəsinin fəal həyata keçirilməsi, sosial problemlərin həlli, kiçik və orta sahibkarlığa dövlət qayğısının həyata keçirilməsi, büdcədən maliyyələşdirilən təşkilatların maddi-texniki bazasının yüksəldilməsidir. Həmçinin iqtisadi inkişaf naziri Fərhad Əliyev, Milli bankın idarə heyətinin sədri Elman Rüstəmov, Dövlət gömrük komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edib.

Xəbər lenti

Xəbər lenti