...

OKTYABRIN 15-18-DƏ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ MİSİRƏ RƏSMİ SƏFƏR EDƏCƏK

Siyasət Materials 11 Oktyabr 2005 15:49 (UTC +04:00)

Oktyabrın 15-18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfər edəcək. Bu barədə Trend ə XİN-in mətbuat və informasiya siyasət idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunacaq. Tərəflər, həmçinin, beynəlxalq məsələlər və vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində ilkin məsləhətləşmələr xarici işlər nazirinin müavini Xələf Xələfovun bu yaxınlarda Qahirəyə səfəri zamanı keçirilib.

E.Məmmədyarovun Misirin xarici işlər, iqtisadiyyat və ticarət nazirliklərində, ölkənin qanunverici və ali rəhbər orqanlarında görüşləri planlaşdırılıb. Tərəflər, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi də aparacaq. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair müvafiq sənədlərin imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti