...

HAKİMLƏR ÜÇÜN İMTAHANLARIN YEKUNLARINA DAİR HEÇ BİR NARAZILIQ YOXDUR

Siyasət Materials 11 Oktyabr 2005 17:15 (UTC +04:00)

Hakimlər üçün məhkəmənin yekunlarına dair heç bir narazılıq yoxdur.Bu barədə Trend ə AR Ali məhkəməsinin sədri Ramiz Rzayev bildirib.

"Sonuncu imtahan xüsusi şəffaflığı və yüksək hazırlıq səviyyəsi ilə seçilirdi"-deyə R. Rzayev qeyd edib və əlavə edib ki, imtahanları müvəffəqiyyətlə verən hakimlər növbəti 10 il ərzində öz vəzifələrini icra edəcək.

Eyni zamanda məhkəmə sədri qeyd edib ki, Məhkəmə-Hüquq Şurası tərəfindən xidməti vəzifəsindən sui-istifadə halları aşkar edilərsə hakimlərin səlahiyyətləri vaxtından öncə dayandırılacaq.

"İmtahanları müvəffəqiyyətlə vermiş şəxslər kurslardan keçəcək və yalnız bundan sonra hakim statusu alaraq təyin ediləcək"-deyə R. Rzayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti