...

AZƏRBAYCAN KİV MONİTORİNQİNİN ÜÇÜNCÜ HƏFTƏSİNİN YEKUNLARI AÇIQLANIB

Siyasət Materials 11 Oktyabr 2005 17:53 (UTC +04:00)

Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyi oktyabrın 11-də Azərbaycan KİV monitorinqinin üçüncü həftəsinin yekunlarını açıqlayıb.

Trend bildirir ki, monitorinq oktyabrın 2-dən 7-dək "Seçki kampaniyası zamanı respublika KİV-nin davranış Məcəlləsinə müvafiq olaraq Azərbaycan yerli media orqanlarının fəaliyyəti" mövzusunda keçirilib.

Ekspert qrupunun rəhbəri Zeynal Məmmədli bildirib ki, monitorinq 41 qəzet və 6 televiziya kanalını əhatə edir.O, vurğulayıb ki, Azərbaycanda seçki kampaniyasının işıqlandırılmasının ümumi xəritəsi tədricən yaxşılaşdırılır.

"Ötən həftələrlə müqayisədə Məcəllənin pozulmasının sayı kəskin azalıb.Misal üçün əgər monitorinqin ikinci həftəsinin yekunlarına əsasən, "AzTv" telekanalı ilə 120 pozuntu həyata keçirilibsə, son yeddi günün yekunlarına əsasən, cəmi 37 pozuntu qeydə alınıb"-deyə ekspert qrupunun sədri bildirib.

Z. Məmmədlinin sözlərinə görə, ATI telekanalı seçki mövzusuna daha az diqqət ayırır. Belə ki, hesabat dövründə cəmi 21 material hazırlanıb.

Həftəlik monitorinq həmçinin Azərbaycan telekanalları arasında KİV-nin davranış Məcəlləsinin pozulmasının sayına görə "Lider" telekanalı lider olub.Efirə 52 material hazırlanıb və bunlarda 27 Məcəllə pozuntusu aşkar edilib.Sonra Space (41.66%), AzTv (30.83%) , ATI (28.57%) və İctimai Televiziya (26.66%)yer alır. ANS telekanalı elektron KİV-nin yeganə orqanı olaraq burada heç bir pozuntu aşkar edilməyib.

KİV-nin mətbuat orqanları arasında müxalifətin "Hürriyyət" qəzetində daha çox pozuntu qeydə alınıb.Qəzetdə dərc edilən 17 materialda 22 Məcəllə (129,41%) pozuntusu qeydə alınıb.

Z. Məmmədli həm də ölkədə qarşıdakı parlament seçkilərinə daha böyük diqqət ayıran üç qəzetin adını çəkib: "Yeni Müsavat" (157 material), "Bakı Xəbər" (127 məqalə) və "Azadlıq" (121 məlumat).

Obyektivlik, əsaslandırma və təmkin kimi göstəricilər üzrə pis nəticəni "Səs" (47 fakt), "Yeni Müsavat" (25 fakt) və "Reytinq" (13 fakt) göstərib.

Büdcə hesabına maliyyələşdirilən mətbuat orqanları arasında pozuntu faizi aşağıdakı kimi bölüşdürülüb: "Xalq qəzeti" (100%), "Respublika" (100%), "Azərbaycan" (74,07%) və Bakinskiy Raboçiy" (46,66%).

"Monitorinqin məqsədi hazırkı vəziyyəti Azərbaycan ictimaiyyətinə çatdırmaqdır.Vətəndaşlar bilməlidir ki, KİV-nin hansı orqanları öz vəzifələrini yerinə yetirmir"-deyə ekspert bildirib və qeyd edib ki, monitorinq ölkədəki seçkiqabağı vəziyətə müsbət təsir edəcək. Monitorinq noyabrın 19-da başa çatacaq.

Qeyd edək ki, monitorinq qrupunun tərkibinə AŞ-nin seçdiyi 7 ekspert daxildir.2 ekspert televiziya, 4 - qəzetin monitorinqini aparır, Z. Məmmədli isə qrupun rəhbəri təyin edilib.

Xəbər lenti

Xəbər lenti