...

AŞ MONİTORİNQ MİSSİYASININ AZƏRBAYCANA SƏFƏRİ DAVAM EDİR

Siyasət Materials 11 Oktyabr 2005 18:20 (UTC +04:00)

Avropa Şurası (AŞ) Monitorinq missiyasının Azərbaycana səfəri davam edir. Trend bildirir ki, üçgünlük səfərin birinci günü tərkibinə AŞ-nin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin də daxil olduğu qrup üzvləri AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq, ATƏT-in Bakı ofisinin nümayəndələri və DİİQB müşahidəçi missiyasının rəhbəri, səfir Girt Arens ilə görüşüb.

Günün ikinci yarısında respublika MSK-nın sədri Məzahir Pənahlı,AR Milli Məclisinin spikeri Murtuz Ələsgərov və Avropa Birliyi üzvü dövlətlərinin Azərbaycana akkreditə olunmuş səfirləri ilə görüş keçirilib.

Səfər çərçivəsində oktyabrın 12-də səhər missiyanın hakim "Yeni Azərbaycan" partiyasının nümayəndələri ilə görüşü planlaşdırılıb.Sonra müxalifətin "Azadlıq" və "YeS" seçki bloklarının nümayəndələri, milli birlik hərəkatının lideri Lalə Şövkət Hacıyeva, demokratik islahatlar partiyasının sədri Asim Mollazadə ilə görüşlər keçiriləcək.

Çərşənbə günü, günün ikinci yarısında AŞPA nümayəndə heyəti üzvlərinin Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev, QHT və KİV nümayəndələri ilə görüşü olacaq.Oktyabrın 13-də DİN, XİN başçıları, ədliyyə naziri, Bakı meri, təkrarən MSK sədri və prezident İlham Əliyevlə görüşlər keçiriləcək.Səfər başa çatdıqda mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, hollandiyalı parlamentari Leod Platveodun başçılıq etdiyi monitorinq qrupunun tərkibinə həmçinin AŞ parlamentariləri Mövlud Çavuşoğlu və Hanna Seversen, eləcə də AŞPA katibliyinin iki əməkdaşı daxildir.

Xəbər lenti

Xəbər lenti