...

MÜSAVAT PARTİYASININ BAŞQANI İSA QƏMBƏR ABŞ, TÜRKİYƏ, RUSİYA VƏ BÖYÜK BRİTANİYA RƏHBƏRLƏRİNƏ MÜRACİƏT EDİB

Siyasət Materials 11 Oktyabr 2005 18:26 (UTC +04:00)

"Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ prezidenti Corc Buşa, Böyük Britaniyanın baş naziri Toni Bleyerə, Rusiya prezidenti Vladimir Putinə və Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana müraciət edib" Trend xəbər verir ki, müraciətdə əsasən Azərbaycanda keçiriləcək parlament seçkilərinin saxtalaşdırılacağı ilə bağlı məqamlar göstərilib.

Başqan qeyd edib ki, Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi üçün nə demokratik qüvvələrin irəli sürdüyü tələblər, nə də beynəlxalq birliyin irəli sürdüyü tələb və tövsiyyələrə məhəl qoyulmur: "Bu da Azərbaycanda mövcud olan seçkiqabağı antidemokratik şərait hakimiyyətin yenə də seçkiləri saxtalaşdırmağa və zorakılığa hazırlaşdığını göstərir".

İ.Qəmbər bildirib ki, Avropa Birliyi ilə üzvülük müzakirələrinə başlayan qonşu Türkiyənin passiv regional siyasəti, ABŞ və Avropa Birliyindən fərqli olaraq regionda, o cümlədən Azərbaycanda azadlıq və demokratiyanın inkişafına dəstək verməməsi xalqımızı üzməkdədir.

Müraciətdə "Azadlıq" blokunun oktyabrın 9-da keçirmək istədiyi mitinqin polislər tərəfindən dağıdılması və aksiya iştirakçılarının həbsi də qabardılıb.

Xəbər lenti

Xəbər lenti