...

AŞPA-NIN İNSAN HAQLARI KOMİTƏSİNİN İCLASINDA ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI APARDIĞI DÖVLƏT TERRORİZMİ İLƏ BAĞLI MƏRUZƏ EDİLƏCƏK

Siyasət Materials 11 Oktyabr 2005 18:46 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının İnsan haqları yardımçı komitəsinin toplantısında millət vəkili Rəfael Hüseynov ermənilərin Azərbaycana qarşı apardığı dövlət terrorizmi ilə əlaqədar məruzə edəcək" Bu barədə Trend ə adıçəkilən qurumun oktyabrın 13-14-də Cenevrədə keçiriləcək toplantısında Azərbaycanı təmsil edəcək millət vəkili Rəfael Hüseynov bildirib.

Məruzə edəcək məsələ ilə bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən Avropa Şurasında bir neçə sənədin hazırlandığını qeyd edən R.Hüseynov onu da bildirib ki, toplantıda həmçinin itkin düşmüş insanlarla bağlı məsələnin də müzakirəsi gözlənilir: "Ermənisatanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti nəticəsində sayı hələ də bilinməyən soydaşlarımızın əsir və itikin düşməsi məsələsini də gündəmə gətirəcəyəm".

Bu toplantıda heç bir sənədin qəbul edilməyəcəyini millət vəkili belə izah edib: "Avropa Şurasının komitə iclasları birgə sənəd qəbul etmir. Alt komitələr ayrı-ayrı problemlər ətrafında müzakirələr apardıqdan sonra nəticələr Avropa Şurası Parlament Assambleyasının açıq iclasına çıxarılır. Burada qətnamə və qərarlar qəbul edilr. Buna baxmayaraq belə sənədlərin qəbul olunmasının yolu alt komitələrin iclaslarından keçir".

Xəbər lenti

Xəbər lenti