...

PREZİDENT QAZAXDA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLQOYMA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Siyasət Materials 11 Oktyabr 2005 19:15 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də Qazax rayonuna gedib və orada Müalicə- diaqnostika mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Trend bildirir ki, obyekt ARDNŞ-nin vəsaiti hesabına tikilir və tikilinin ümumi sahəsi 6 min m2. təşkil edir.

ARDNŞ-nin prezidenti Natiq Əliyevin sözlərinə görə , avadanlığın alınmasına $3 mln. tələb olunub və təxminən $2 mln. da tikinti işlərinə lazımdır. O, deyib ki, ölkənin digər regionlarında daha 10 analoji müalicə kompleksinin tikintisi barədə tapşırıq verilib və növbəti belə obyektin tikintisi Zakatalada gözlənilir.

İctimaiyyət qarşısında çıxış edən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda sabitlik müşahidə olunur və heç kimə imkan verilməyəcək ki, onu pozsun.Qarşıdakı paprlament seçkilərindən danışarkən prezident vurğulayıb ki, ilk dəfə olaraq 2 mindən çox namizədin rekord sayı qeydə alınıb və bu, o deməkdir ki, qeydiyyatla bağlı heç bir problem olmayıb. Hazırda həm dövlət, ictimai, həm də özəl telekanallarda onların seçkiqabağı kampaniyası həyata keçirilir, eləcə də namizədlərin öz seçiciləri ilə görüşü təşkil edilir. "Mən əminəm ki, noyabrın 6-da Azərbaycan xalqı öz seçimini edəcək.Xalq daim öz seçicilərinin rifahı naminə qayğı göstərməli olan deputatları seçməlidir"-deyə İ.Əliyev bəyan edib.

Onun sözlərinə görə, eyni zamanda heç kimə qanunu pozmaq imkanı verilməyəcək. " Azərbaycanda demokratik proses gedir, amma hamı yadda saxlamalıdır ki, pozulmayacaq qanun vardır"-deyə İ.Əliyev bəyan edib.

Dövlət başçısı həm də qeyd edib ki, bütün xalqın rifahına xidmət edən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Qazaxdan keçir.O, qeyd edib ki, prioritet fəaliyyət regionların inkişafıdır və səfər zamanı o öz fərmanının yerinə yetirilməsi ilə şəxsən tanış olacaq. "Qazax ucqar rayonlardan biridir, buna görə də buraya xüsusi diqqət tələb olunur"-deyə prezident qeyd edib.O, həmçininn qeyd edib ki, bir il öncə Qazaxda yeni olimpiya kompleksinin tikintisi barədə tapşırıq verib və hazırda tikinti işləri başlayıb.

"Son dövrdə minimum əmək haqlarının üç dəfə artırılmasına baxmayaraq bu hələ kifayət deyil.Azərbaycanın büdcəsi əvvəllər $1 mlrd. təşkil edirdisə, 2006-cı ilin büdcəsi təxminən $4 mlrd. təşkil edəcək" -deyə dövlət başçısı qeyd edib.O, həm də qeyd edib ki, ölkədə keçirilən prezident seçkilərindən bəri təxminən 300 min yeni iş yeri açılıb.

Xəbər lenti

Xəbər lenti