...

AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASI "AZADLIQ" BLOKUNA DAXİL OLAN PARTİYALARLA DANIŞIQLAR APARMAQ ÜÇÜN İŞÇİ QRUPU YARADIB

Siyasət Materials 11 Oktyabr 2005 20:12 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyası (AMDP) "Azadlıq" blokuna daxil olan partiyalarla danışıqlar aparmaq üçün işçi qrupu yaradıb" Bu barədə Trend ə işçi qrupunun rəhbəri AMDP sədrinin birinci müavini Oqtay Xəlilli bildirib.

O.Xəlilli onu da qeyd edib ki, bu barədə qərar AMDP Siyasi Şurasının oktyabrın 11-də keçirdiyi toplantısında qəbul edilib: "Məqsədimiz müxalifət düşərgəsinin vahid mərkəzdən idarə olunmasıdır. Bunun üçün hər hansı bir Koordinasiya Şurasını da yaratmaq olar. Ona görə də ilk növbədə "Azadlıq" blokunda təmsil olunan partiyalarla danışıqlara start vermişik".

İşçi qrupunun rəhbəri onu da bildirib ki, artıq adıçəkilən bloka daxil olan Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaoğlu ilə danışıqlar aparıb: "Sərdar bəy təşəbbüsümüzü yüksək qiymətləndirib. Ancaq dəqiq qərar qəbul etmədik, hələlik danışıqların aparılmasını məqsədəuyğun hesab etdik".

O.Xəlilli onu da vurğulayıb ki, "Azadlıq" blokunun mrkəzi seçki qərargahının rəhbəri Pənah Hüseynovla da bu məsələ ilə bağlı danışıqlar aparıb. Digər partiya rəhbərləri ilə danışıqlar isə oktyabrın 12-dən başlanılacaq.

Xəbər lenti

Xəbər lenti